Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kinostudiyada yanğın olub

© Sputnik / Kamal Almuradlı"Azərbaycanfilm" kinostudiyası
Azərbaycanfilm kinostudiyası - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyi baş verən hadisə ilə əlaqədar xəsarət alan və zəhərlənən şəxslərin olmadığını bildirir.
BAKI, 20 may — Sputnik. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yanğın olub. Bu barədə verilən məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə "Salnamə" studiyasının yaxınlığındakı otaqda baş verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb ediliblər. Qısa müddət ərzində yanğın söndürülüb.
İlkin məlumata görə, hadisə zamanı 15-16 kvadratmetr ərazi yanıb. Hansısa xəsarət və zəhərlənmə faktı qeydə alınmayıb.
Xatırladaq ki, bir müddət öncə - aprelin 28-də "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın hadisəsi baş vermişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0