CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həccə gedəcək zəvvarlardan hansı peyvəndlər tələb olunacaq?

© AFP 2024 / BANDAR ALDANDANIHəcc ziyarəti, arxiv şəkli
Həcc ziyarəti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar həcc ziyarətinə gedən olmayıb.
BAKI, 20 may — Sputnik. Bu il Azərbaycandan həcc ziyarətinə gedən şəxslərdən koronavirus əleyhinə hansı peyvəndin tələb olunacağı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.
QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub.
Həmin sənədlərdə Azərbaycanda istifadə olunan "SinoVac", "Pfizer/Biontech", "Sputnik", "AstraZeneca" peyvəndlərinin adları var.
© Sputnik / Murad OrujovBakıda Sputnik V peyvəndi ilə vaksinasiya
Bakıda Sputnik V peyvəndi ilə vaksinasiya - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Bakıda Sputnik V peyvəndi ilə vaksinasiya
Peyvənd olunan 65 yaşa qədər insanlar həcc ziyarətinə gedə biləcəklər. Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır.
Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0