CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP hava ilə bağlı müraciət edib

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)PPX və DYP avtomobilləri, arxiv şəkli
PPX və DYP avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Piyadalara tövsiyə olunub ki, ehtiyatlı olsunlar, səki ilə hərəkət edərkən avtomobil yoluna çıxmasınlar.
BAKI, 20 may — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Mövcud hava şəraiti ilə əlaqədar olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.
Bildirilir ki, yağışlı havada yol örtüyünün yaş olması ilə əlaqədar avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.
Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.
Piyadalara ehtiyatlı olmaları, səki ilə hərəkət edərkən avtomobil yoluna çıxmamaq, yolları piyada keçidlərindən keçmək tövsiyə olunur.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sabah səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0