SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov macar həmkarı ilə nə danışıb?

© Photo : MFA AzerbaijanCeyhun Bayramov Peter Siyarto ilə görüşüb
Ceyhun Bayramov Peter Siyarto ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, görüşdə nazirlər iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
BAKI, 20 may — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin 132-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə nazirlər iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və s. sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcudluğu qeyd edilib.
Tərəflər cari ilin 1-3 iyun tarixlərində Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyəti, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu xüsusi qeyd ediblər.
Görüş çərçivəsində tərəflər, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0