Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İCESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

© AFP 2024 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
ICESCO-nun Baş direktoru Azərbaycanla təşkilat arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini bildirib.
BAKI, 20 may - Sputnik. Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nazir qonağı salamlayaraq Şuşada keçirilən "Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz növbəsində dəvət üçün mədəniyyət nazirinə dərin təşəkkürünü bildirərək, Azərbaycanla İCESCO arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Tərəflər İCESCO-nun islam dünyasının birliyi və həmrəyliyi yolunda verdiyi töhfələrin önəmini vurğulayıblar. Anar Kərimov Baş Katibin tarixi zəfərimizdən sonra Qarabağ ərazisinə səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə Türk dünyasının paytaxtı elan olunmasının tarixi hadisə olduğunu vurğulayıb.
Sonda Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında İCESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb.
Sazişə əsasən İCESCO təşkilatın regional ofisini Bakı şəhərində yerləşdirməklə İCESCO və onun üzv dövlətləri arasındakı münasibətləri gücləndirmək və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əhəmiyyətini daşıyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Füzuli rayonunun Qoçəhmədli kəndi - Sputnik Azərbaycan, 1920, 18.05.2022
QARABAĞ
İSESCO-nun xüsusi missiyası azad edilmiş ərazilərə səfər edəcək
Xəbər lenti
0