https://sputnik.az/20220520/azerbaycanda-yuksek-ve-asagi-maas-hansi-sahelerdedir---cedvel-442072931.html
Azərbaycanda yüksək və aşağı maaş hansı sahələrdədir - CƏDVƏL
Azərbaycanda yüksək və aşağı maaş hansı sahələrdədir - CƏDVƏL
Sputnik Azərbaycan
Ölkədə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 3,4 faiz artıb. Daha ətraflı materialımızda. 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T09:01+0400
2022-05-20T09:01+0400
2022-05-20T09:01+0400
azərbaycan
iqtisadiyyat
maaş
əməkhaqqı
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 20 may — Sputnik. Bu ilin üç ayında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809 manat olub.Aşağıdakı sahələrdə orta aylıq nominal əməkhaqqı daha yüksək olub:Əməkhaqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri-neft-qaz sektorunda 754,8 manat təşkil edib.Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 754,8 manat, özəl müəssisələrdə isə 872,6 manat olub.Aşağı orta aylıq əməkhaqqıƏn aşağı orta aylıq nominal əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (477,2 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (478,4 manat) sahələrində olub.Muzdla işləyənlərin sayı artıb2022-ci il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz artaraq 1 milyon 702,8 min nəfər təşkil edib. Onlardan 905 min nəfəri dövlət sektorunda, 797,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 768,3 manat olmuşdu. Bu dövrdə də yuxarıda sadaladığımız sahələrdə əməkhaqqı daha yüksək olub.Həmin dövrdə əməkhaqqı neft-qaz sektorunda 3022,2 manat, qeyri-neft-qaz sektorunda 724,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 714,8 manat, özəl müəssisələrdə isə 830,8 manat olub.Orta aylıq əməkhaqqı davamlı şəkildə artırXatırladaq ki, ötən il muzdla işləyənlərin orta aylıq maaşı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat olub. Maaş neft-qaz sektorunda 3 min 163,8 manat, qeyri-neft-qaz sektorunda 683,6 manat təşkil edib.Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub. Beləliklə, Azərbaycanda orta aylıq nominal əməkhaqqı davamlı şəkildə artır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220518/scilerin-ve-statlarin-ixtisari-zamani-muavinetler-nece-hesablanir-detallar-442004547.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, maaş, əməkhaqqı
azərbaycan, maaş, əməkhaqqı
Azərbaycanda yüksək və aşağı maaş hansı sahələrdədir - CƏDVƏL
Ölkədə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 3,4 faiz artıb. Daha ətraflı materialımızda.
BAKI, 20 may — Sputnik. Bu ilin üç ayında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809 manat olub.
Aşağıdakı sahələrdə orta aylıq nominal əməkhaqqı daha yüksək olub:
mədənçıxarma sənayesi (3 min 488 manat)
maliyyə və sığorta fəaliyyəti (1857,1 manat)
informasiya və rabitə (1337,5 manat)
peşə, elmi və texniki fəaliyyət (1299,1 manat)
nəqliyyat və anbar təsərrüfatı (1038,2 manat).
Əməkhaqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri-neft-qaz sektorunda 754,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 754,8 manat, özəl müəssisələrdə isə 872,6 manat olub.
Aşağı orta aylıq əməkhaqqı
Ən aşağı orta aylıq nominal əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (477,2 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (478,4 manat) sahələrində olub.
Muzdla işləyənlərin sayı artıb
2022-ci il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz artaraq 1 milyon 702,8 min nəfər təşkil edib. Onlardan 905 min nəfəri dövlət sektorunda, 797,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 768,3 manat olmuşdu. Bu dövrdə də yuxarıda sadaladığımız sahələrdə əməkhaqqı daha yüksək olub.
Həmin dövrdə əməkhaqqı neft-qaz sektorunda 3022,2 manat, qeyri-neft-qaz sektorunda 724,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 714,8 manat, özəl müəssisələrdə isə 830,8 manat olub.
Orta aylıq əməkhaqqı davamlı şəkildə artır
Xatırladaq ki, ötən il muzdla işləyənlərin orta aylıq maaşı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat olub. Maaş neft-qaz sektorunda 3 min 163,8 manat, qeyri-neft-qaz sektorunda 683,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub. Beləliklə, Azərbaycanda orta aylıq nominal əməkhaqqı davamlı şəkildə artır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.