https://sputnik.az/20220519/yerevanda-etirazcilarla-polis-arasinda-toqqusma-bas-verib-442056986.html
Yerevanda etirazçılarla polis arasında toqquşma baş verib
Yerevanda etirazçılarla polis arasında toqquşma baş verib
Sputnik Azərbaycan
Fəallar Yerevanın mərkəzi küçələri ilə yürüş edərək, bəzi hissələrdə müvəqqəti olaraq yolları bağlayırlar. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T12:52+0400
2022-05-19T12:52+0400
2022-05-19T13:14+0400
yerevan
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441634384_0:0:3356:1889_1920x0_80_0_0_eab524b415d8d06e793d27b65e7aeded.jpg
BAKI, 19 may — Sputnik. Yerevanın müxtəlif yerlərində etiraz aksiyaları və yürüşlər keçirilir, yollar və küçələr müvəqqəti olaraq bağlanıb.Etirazçılardan biri Yerevandakı Razdan stadionunun yaxınlığında ictimai avtobusa minərək Ermənistan bayrağını dalğalandırmağa başlayıb.Deputat Aqnes Xamoyan canlı yayımda deyib ki, polis onu yerə yıxıb, daha sonra polis bölməsinə aparmağa cəhd edib. Buna cavab olaraq etirazçılar polis avtobusunun yolunu bağlayıblar, ancaq etirazçını polisin əlindən almaq mümkün olmayıb. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Bununla belə, polis izdihamın hərəkətini dayandıra bilib. Müxalifətçi Levon Köçəryanın sözlərinə görə isə, polis hələ də avtobusa minən fəalı apara bilməyib.Səhər saatlarından Yerevanın müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar Yerevanın mərkəzi küçələri ilə yürüş edərək, bəzi hissələrdə müvəqqəti olaraq yolları bağlayırlar.Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441634384_625:0:3356:2048_1920x0_80_0_0_adc909067fbd0fde489d725da2af2147.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yerevan
Yerevanda etirazçılarla polis arasında toqquşma baş verib
12:52 19.05.2022 (Yenilənib: 13:14 19.05.2022) Fəallar Yerevanın mərkəzi küçələri ilə yürüş edərək, bəzi hissələrdə müvəqqəti olaraq yolları bağlayırlar.
BAKI, 19 may — Sputnik. Yerevanın müxtəlif yerlərində etiraz aksiyaları və yürüşlər keçirilir, yollar və küçələr müvəqqəti olaraq bağlanıb.
Etirazçılardan biri Yerevandakı Razdan stadionunun yaxınlığında ictimai avtobusa minərək Ermənistan bayrağını dalğalandırmağa başlayıb.
Deputat Aqnes Xamoyan canlı yayımda deyib ki, polis onu yerə yıxıb, daha sonra polis bölməsinə aparmağa cəhd edib. Buna cavab olaraq etirazçılar polis avtobusunun yolunu bağlayıblar, ancaq etirazçını polisin əlindən almaq mümkün olmayıb. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Bununla belə, polis izdihamın hərəkətini dayandıra bilib. Müxalifətçi Levon Köçəryanın sözlərinə görə isə, polis hələ də avtobusa minən fəalı apara bilməyib.
Səhər saatlarından Yerevanın müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar Yerevanın mərkəzi küçələri ilə yürüş edərək, bəzi hissələrdə müvəqqəti olaraq yolları bağlayırlar.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.