https://sputnik.az/20220519/susada-turkdilli-dovletlerin-dini-liderlerinin-toplantisi-kecirilecek-442063244.html
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
Sputnik Azərbaycan
Paşazadə bildirib ki, Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T14:49+0400
2022-05-19T14:49+0400
2022-05-19T15:13+0400
şuşa
qarabağ
şeyxülislam hacı allahşükür paşazadə
dini
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426689762_0:0:3068:1727_1920x0_80_0_0_f5cc6849b8d0221c0a81f23eddd5316f.jpg
BAKI, 19 may — Sputnik. Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub: "Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və görüşləri azad olunan ərazilərdə keçirmək mümkün olacaq. Bununla da Azərbaycan həqiqətlərini, azad olunan ərazilərdəki erməni vandalizmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biləcəyik".Həcc ziyarətinin təşkilindən söz açan Allahşükür Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb.O bildirib ki, koronavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: "Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220509/alban-udi-dini-icmasi-xudaveng-monastirinda-pasxa-bayramini-qeyd-edibler-441770582.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426689762_292:0:3021:2047_1920x0_80_0_0_1168e4a10e3399ab26a04630957b4a90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, şeyxülislam hacı allahşükür paşazadə, dini
şuşa, şeyxülislam hacı allahşükür paşazadə, dini
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
14:49 19.05.2022 (Yenilənib: 15:13 19.05.2022) Paşazadə bildirib ki, Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib.
BAKI, 19 may — Sputnik. Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.
O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub: "Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və görüşləri azad olunan ərazilərdə keçirmək mümkün olacaq. Bununla da Azərbaycan həqiqətlərini, azad olunan ərazilərdəki erməni vandalizmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biləcəyik".
Həcc ziyarətinin təşkilindən söz açan Allahşükür Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb.
O bildirib ki, koronavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: "Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.