CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alban-udi dini icması Xudavəng monastırında Pasxa bayramını qeyd ediblər

© AFP 2024 / ANDREY GOLOVANOVXudavəng monastır kompleksi, arxiv şəkli
Xudavəng monastır kompleksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Ötən il Nic qəsəbəsində yerləşən ən qədim kilsələrdən biri Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunaraq bu il udilərin ixtiyarına verilib.
BAKI, 9 may - Sputnik. Mayın 9-da Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Pasxa bayramı münasibətilə Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
Azərtac xəbər verir ki, icma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, bayram duaları oxuduyub, şamlar yandırıblar.
Sonra icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb.
Bildirilib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.
Qeyd edək ki, Alban-Udilərə sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.
Müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır.
Bundan əlavə, Nic qəsəbəsində yerləşən ən qədim kilsələrdən biri ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunaraq bu il udilərin ixtiyarına verilib.
Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Xristian və yəhudi dünyasının böyük bayramı olan Pasxanın keçirilməsində hər il ayın təzələnməsi tarixinə uyğun olaraq 10 gün fərq olur.
Şəhər tipli qəsəbə olan Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin, adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0