Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İran prezidenti Şahin Mustafayevi qəbul edib

© Sputnik / Murad Orujov Şahin Mustafayev
 Şahin Mustafayev - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Baş nazirinin müavininin İrana səfəri çərçivəsində həmçinin İran vasitəsilə Naxçıvana kommunikasiya bağlantılarının yaradılması məsələsinə də toxunulub.
BAKI, 19 may — Sputnik. İran Prezidenti İbrahim Rəisi ölkəsində səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Görüşdə ölkələr arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Bu barədə "APA"nın yaydığı xəbərdə bildirilir.
Qeyd edək ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində iki ölkə arasında yeni layihələrin icrası, həmçinin İran vasitəsilə Naxçıvana kommunikasiya bağlantılarının yaradılması müzakirə edilib.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin sözlərinə görə, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dovlət Komissiyasının həmsədri Şahin Mustafayevin səfəri çərçivəsində iqtisadi münasibətlər, o cümlədən İran vasitəsilə Naxçıvana logistika, kommunikasiya bağlantılarının yaradılması da müzakirə edilir.
Xatırladaq ki, 2021-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 440 milyon 810 min ABŞ dolları təşkil edib. İrana ixrac 43 milyon 287 min ABŞ dolları, idxal isə 397 milyon 523 min ABŞ dolları təşkil edib.
2022-ci ilin 4 ayında isə 165 milyon 718 min ABŞ dolları təşkil edib. İrana ixrac 15 milyon 631 min ABŞ dolları, idxal isə 150 milyon 087 min ABŞ dolları təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0