CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazimizin "Xarıbülbül" xalçası satışa çıxarılacaq

© Photo : ATMA-YARAT-SATATMA-YARAT-SAT adlı sərgidə
ATMA-YARAT-SAT adlı sərgidə - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
İyirmi beş müəllimin çalışdığı Mərkəzdə fiziki məhdudiyyəti olan şəxslərlə yanaşı Vətən müharibəsi qaziləri də yataqxana və 3 dəfə qidalanma ilə təmin olunurlar.
BAKI, 19 may — Sputnik. Mayın 21-də Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanların tullantılardan yaratdıqları əl işlərinin "ATMA-YARAT-SAT" adlı sosial layihə çərçivəsində satışı təşkil olunacaq. Bu barədə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən verilən açıqlama bildirilib.
Qeyd olunub ki, sərgi-yarmarkada 30-dək əlilliyi olan yaradıcı şəxsin 1000-dək əl işi nümayiş olunacaq. Sərgi-yarmarka yalnız bir gün keçiriləcək, 11:00-da "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ərazisində (Qoşa Qala qapısı) başlanacaq.
Layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla, satışı təşkil ediləcək. Əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
© Photo : ATMA-YARAT-SATATMA-YARAT-SAT adlı sərgidə
ATMA-YARAT-SAT adlı sərgidə - Sputnik Azərbaycan, 1920, 19.05.2022
ATMA-YARAT-SAT adlı sərgidə
Qazilərin peşə təhsili aldıqları Ramana qəsəbəsində yerləşən Sosial Xidmətlər Agentliyinin Əlilliyi Olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin baş ustası Fazilə Məmmədova bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə "Sağlam Düşüncə Gənclər Təşkilatı" İctimai Birliyi arasında əməkdaşlıq qurulub.
© Photo : ATMA-YARAT-SATATMA-YARAT-SAT adlı sərgidə
ATMA-YARAT-SAT adlı sərgidə - Sputnik Azərbaycan, 1920, 19.05.2022
ATMA-YARAT-SAT adlı sərgidə
O qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində azərbaycanlı və türkiyəli gənclərin təcrübə mübadiləsi həyata keçirilir:
"Sərgi-yarmarkada həmçinin İkinci Qarabağ mühaibəsi qazisi, 1998-ci il təvəllüdlü Mahnigar Hacızadənin Türkiyədə təcrübə proqramında ikən tullantı saplardan hazırladığı əsrarəngiz "Xarıbülbül" əsərinin nümayişi, satışı həyata keçiriləcək. Digər 2 qazimiz - 1998-ci il təvəllüdlü Nİcat İsmayılov və 2001-ci il trəvəllüdlü Elnur Məmmədov bu təcrübə proqramından yararlanıb. Nicat İsmayılov Türkiyədə kompüter kurslarını öyənib, digər qazimiz isə dərzilik peşəsi ilə bağlı müxtəlif biliklərə yiyələnib".
© Photo : ATMA-YARAT-SATATMA-YARAT-SAT adlı sərgidə
ATMA-YARAT-SAT adlı sərgidə - Sputnik Azərbaycan, 1920, 19.05.2022
ATMA-YARAT-SAT adlı sərgidə
Qeyd edək ki, Mərkəzdə 10-dan çox peşə üzrə 3-6 aylıq kurslar təşkil olunur. İyirmi beş müəllimin çalışdığı Mərkəzdə fiziki məhdudiyyəti olan şəxslərlə yanaşı qazilərimiz də yataqxana və gündə 3 dəfə qidalanma ilə təmin edilirlər.
© Photo : ATMA-YARAT-SATATMA-YARAT-SAT adlı sərgidə
ATMA-YARAT-SAT adlı sərgidə - Sputnik Azərbaycan, 1920, 19.05.2022
ATMA-YARAT-SAT adlı sərgidə
Vətən müharibəsindən sonrakı iki ildə qalib əsgərlərimizdən 16-sı artıq mərkəzdə rebailitasiyadan keçərək müxtəlif peşələrə yüyələnmələri barədə sertifikatlar əldə ediblər.
Qeyd edək ki, hazırda mərkəzdə 40-dək qazi müxtəlif peşələr üzrə təhsil alırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0