Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkədə İİV-ə yoluxmaların təqribən 35%-i narkotik istifadəsi nəticəsində baş verib - Rəsmi

© Sputnik / Murad OrujovQİÇS-lə mübarizə nişanı
QİÇS-lə mübarizə nişanı - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Səhiyyə Nazirliyi azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusu ilə bağlı vəziyyətə dair statistikanı açıqlayıb.
BAKI, 19 may — Sputnik. Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Ölkə Əlaqələndirmə Komitəsinin təşəbbüsü ilə "İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, sıfır ayrıseçkilik - stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə tədbiri" keçirilib.
Nazirlikdən verilən xəbərə görə, tədbirdə "Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət" adlı təqdimatla çıxış edən RQMM-in direktoru Famil Məmmədov deyib ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur:
"Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir".
© Depositphotos.com / AmixstudioŞpris və həblər, arxiv şəkli
Шприцы и таблетки - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Şpris və həblər, arxiv şəkli
Mərkəzin direktoru deyib ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddət ərzində aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib:
"Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0