DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Rusiya ilə müharibə istəmir - Fransa XİN

© AFP 2024 / KENZO TRIBOUILLARDNATO
NATO  - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Xarici siyasət idarəsindən bildirilib ki, NATO Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak etmir.
BAKI, 19 may — Sputnik. NATO Rusiya ilə münaqişənin gərginləşməsinə töhfə vermir və Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmir. Bunu Fransa Xarici İşlər Nazirliyi bildirib.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün NATO Baş Katibinə müraciət ediblər.
"Finlandiya və İsveçin NATO-ya müraciətləri Rusiyanın iddia etdiyi kimi, eskalasiya təhlükəsi yaradırmı? Cavab xeyrdir. NATO müdafiə ittifaqıdır və Rusiya ilə münaqişəyə səbəb olmur", - nazirliyin "Twitter"də paylaşılan açıqlamasında deyilir.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Ukrayna münaqişəsinin lap əvvəlindən alyans Ukraynada vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar üzv ölkələrin ərazilərinin qorunması üçün tədbirlər görüb.
"Lakin NATO Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak etmir", - nazirlik əlavə edib.
Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Legendre bildirib ki, nə Fransa, nə Avropa İttifaqı, nə də NATO Rusiya ilə müharibə istəmir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0