https://sputnik.az/20220519/mirzoyan-azerbaycan-ermenistan-komissiyalarinin-gorusu-yaxin-zamanda-bas-tuta-biler-442060460.html
Mirzoyan: Azərbaycan-Ermənistan komissiyalarının görüşü yaxın zamanda baş tuta bilər
Mirzoyan: Azərbaycan-Ermənistan komissiyalarının görüşü yaxın zamanda baş tuta bilər
Sputnik Azərbaycan
Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib ki, tərəflərin razılaşdırılmalı olduğu bəzi texniki məqamlar mövcuddur. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T14:27+0400
2022-05-19T14:27+0400
2022-05-19T14:28+0400
ermənistan
siyasət
prezident ilham əliyev
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_0:0:2815:1583_1920x0_80_0_0_a5474a9b896b3472fa313d39a299ac76.jpg
BAKI, 19 may — Sputnik. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın görüşü yaxın gələcəkdə baş tuta bilər. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.Onun sözlərinə görə, tərəflərin razılaşdırılmalı olduğu bəzi texniki məqamlar mövcuddur."Ümid edirəm ki, yaxın günlər və ya həftələrdə görüş nəhayət baş tutacaq", - deyə Mirzoyan qeyd edib.Daha öncə prezident İlham Əliyev bildirmişdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrupu yaratması və fəaliyyətə başlaması razılaşdırılıb. Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır olub. Bu, erməni tərəfi ilə də razılaşdırılıb. Sərhədlə bağlı ilk görüşün keçirilməsini də təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub. "Azərbaycan həmin təklifi qəbul edib və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə yenə də Ermənistanın 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe narahatlıq doğurur", - İlham Əliyev qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_86:0:2815:2047_1920x0_80_0_0_92efc779343217ae73abb9b81560409e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, prezident ilham əliyev, ararat mirzoyan
ermənistan, prezident ilham əliyev, ararat mirzoyan
Mirzoyan: Azərbaycan-Ermənistan komissiyalarının görüşü yaxın zamanda baş tuta bilər
14:27 19.05.2022 (Yenilənib: 14:28 19.05.2022) Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib ki, tərəflərin razılaşdırılmalı olduğu bəzi texniki məqamlar mövcuddur.
BAKI, 19 may — Sputnik. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın görüşü yaxın gələcəkdə baş tuta bilər. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, tərəflərin razılaşdırılmalı olduğu bəzi texniki məqamlar mövcuddur.
"Ümid edirəm ki, yaxın günlər və ya həftələrdə görüş nəhayət baş tutacaq", - deyə Mirzoyan qeyd edib.
Daha öncə prezident İlham Əliyev bildirmişdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrupu yaratması və fəaliyyətə başlaması razılaşdırılıb. Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır olub. Bu, erməni tərəfi ilə də razılaşdırılıb. Sərhədlə bağlı ilk görüşün keçirilməsini də təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub.
"Azərbaycan həmin təklifi qəbul edib və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə yenə də Ermənistanın 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe narahatlıq doğurur", - İlham Əliyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.