https://sputnik.az/20220519/erdogan-finlandiya-ve-sveci-ictimai-alcaldilmaga-mecbur-edir-442050773.html
Ərdoğan Finlandiya və İsveçi ictimai alçaldılmağa məcbur edir
Ərdoğan Finlandiya və İsveçi ictimai alçaldılmağa məcbur edir
Sputnik Azərbaycan
Türkiyə Respublikasının rəhbərliyi Finlandiya və İsveçin NATO-ya üzv olmağına qəti etiraz edir. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T07:24+0400
2022-05-19T07:24+0400
2022-05-19T07:24+0400
ərdoğan
təhlil
nato
türkiyə
finlandiya
isveç
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440449621_0:0:3367:1895_1920x0_80_0_0_d54a074538c1b9bc17611ceeaa5da0fd.jpg
BAKI, 19 may — Sputnik. Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün birgə rəsmi ərizə təqdim ediblər.Bir neçə gün əvvəl isə Vladimir Putin finlandiyalı həmkarını, eyni zamanda, bütün Qərbi bu qərara sakit reaksiyası ilə təəccübləndirdi – onun bu reaksiyasının "gözləniləndən daha təmkinli" olduğu ortaya çıxdı.İndi isə Rusiya prezidentinin sarsılmazlığı onun üçün pis - hər şeyi bilən və dünya siyasətinin iplərini çəkən dahi obrazı yaradaraq daha bir sui-qəsd nəzəriyyəsinə yol açır. Və hamısı ona görədir ki, Şimali Atlantika həmrəyliyinin bal çəlləyinə Rəcəb Tayyib Ərdoğan acılıq qatdı.Beləliklə, dünya ittifaqın sürətli və həvəslə doldurulması əvəzinə, son illərdə tanış olan ictimai çəkişmələr, şantaj, inandırma, təhdid və alçaldılmalarla əlaqəli vəziyyətlərin növbəti komediyasını gözləyir.Üstəlik, ilk növbədə öz iştirakı ilə NATO-nu sevindirmək qərarına gələn və onların qarşısına qırmızı xalçanın salınacağını gözləyən finlər və isveçlilər alçaldılacaqlar, ümid etdiklərinin əvəzində isə indi onlar qapının astanasını tapdalayan və rəhm diləyənlərin roluna məhkumdurlar. Və bu, Vaşinqton və ya Brüsselin deyil, Ankaranın qapısının astanasına aiddir.Türkiyənin iddialarının mahiyyəti çox sadədir: İsveç və Finlandiya uzun illərdir ki, kürdləri dəstəkləmək üçün ardıcıl siyasət yürüdürlər. Hər iki ölkə kürd fəallara siyasi sığınacaq verir. İsveç parlamentində isə altı kürd deputat var. Həmçinin, bu ölkələrdə 2016-cı ildə hərbi çevriliş cəhdini təşkil etməkdə ittiham olunan vaiz Fətullah Gülənin tərəfdarlarını birləşdirən FETÖ partiyasının üzvləri sığınacaq tapıb.Ankara üçün həm PKK-çılar, həm də gülənçilər terrorçudur. Türkiyə mətbuatı xəbər verir ki, Stokholm və Helsinki PKK və FETÖ-dən olan 33 nəfəri türklərə təhvil verməkdən imtina edib. Bəzi ekstradisiya sorğuları rədd edilib, bəzilərinə isə, sadəcə, məhəl qoyulmayıb.Ümumiyyətlə, böyük ambisiyalarını yüksək səslə bəyan etmək şansını əldən verməyən Ərdoğanın şərait və siyasətini nəzərə alsaq, Ankaranın demarşını gözləmək tamamilə mümkün idi. Və o, ən sərt və birbaşa formada gəldi. Türkiyə prezidenti İsveçi "terror ocağı" adlandırıb, ölkəsinin iki ölkənin NATO-ya daxil olmasına "hə" deyə bilməyəcəyini söyləyib və inciməməyi xahiş edib.Üstəlik, vəziyyəti isveçlilər və finlər üçün tamamilə təhqiredici etmək üçün Ərdoğan əlavə edib ki, Türkiyə Stokholm və Helsinkinin "antiterror bəyanatları" verilsə belə, onlara inanmayacaq. O, bu mövzuda türklərlə danışıqlar aparmalı olan hər iki ölkənin nümayəndə heyətlərinə də "özlərinə əziyyət verməməyi" tövsiyə edib.Kimsə deyə bilər ki, Ərdoğan üçün baş verən hər şey şantaj və alver üçün bəhanədən başqa bir şey deyil və sonda Vaşinqton NATO-nun sıralarını artırmaq üçün Türkiyəni inandıracaq, razı salacaq və ya razılığını satın alacaq.Amma birincisi, Rusiyanın S-400 sistemləri məsələsində Qərb hələ də Ankaranı mövqeyini dəyişməyə məcbur edə bilməyib və bu məqsədlə kifayət qədər səylər göstərilib. İkincisi, və bu daha vacibdir, məsələ türklərə təzyiq edib müəyyən edilmiş prosedura uyğun olaraq, son nəticədə Şimali Atlantika Alyansını genişləndirə bilmək deyil.Məsələ vəziyyətin özündədir.Türkiyə amerikalıların və avropalıların planlarını o zaman pozdu ki, onlar üçün pis Rusiyaya qarşı dünya konsolidasiyasını təşkil etmək əvvəlkindən daha vacib idi. Bu, onsuz da alınmır - bədnam "dünyanın hamısı" az sayda tərəfdarının dəstəyi ilə Qərbin özü ilə məhdudlaşır. İndi isə Ankara atlantikaçıların düppədüz hərbi ürəyində üsyan və parçalanma təşkil edib.Həm də bu vəziyyəti "sevgililər bir-birini çox istədiklərindən dava edirlər" məsəli ilə əlaqələndirmək olmaz. Türkiyə uzun illərdir ardıcıl olaraq Rusiya, Çin, Hindistan və dünyanın onlarla dövləti ilə eyni məntiqlə hərəkət edir: öz suverenliyini və milli maraqlarını müdafiə edir, eyni zamanda Qərb mərkəzli sistemi və ABŞ hegemonluğunu sarsıdır. Bu mənada Ərdoğanla Putin, Xi və ya Modi arasındakı fərq yalnız avantürizm və xarici təsirlərə meyldədir ki, bunu indiki tarix də təsdiqləyir.Bütün bunların fonunda İsveç və Finlandiyanın NATO-ya üzv olmaq qərarı xüsusilə təsirli görünür. Planetdə ABŞ naminə özünü qurban verməyə razılaşan yeganə region olan Avropanın intiharının bundan daha parlaq simvolunu düşünmək belə çətin olardı. Onilliklər ərzində çoxsaylı geosiyasi fırtınalarda uğurla tarazlaşan iki neytral ölkə, hakim olduğu sistemin göz qabağında çökdüyü tərəfi seçdilər.Əgər Stokholm və Helsinki əsrin əvvəlində Şimali Atlantika Alyansına üzv olmaq qərarına gəlsəydilər, belə demək mümkünsə, soyuq müharibədə və qlobal hegemonda qalib gələn tərəfə qoşulmuş olardılar və bunu başa düşmək mümkün idi. Rusiya o zaman buna qarşı çıxa bilməzdi, eynilə bu cür vəziyyətdə o, Baltikyanı respublikaların NATO-ya daxil olmasını qəbul etməli idi.Ancaq yox, isveçlilər və finlər sistemin dağıldığı anda neytrallıqdan qurtulmaq qərarına gəldilər, onlardan tələb olunan yeganə şey Rusiyaya maksimum ziyan vurmaqla özlərini məhv etməkdir. Üstəlik, onlar özlərini seçimsiz (ilk növbədə iqtisadi mənada) öldürməli olacaqlar. Moskvaya həqiqətən ciddi zərər vuracaqları isə o qədər də inandırıcı gəlmir, çünki, bu ölkələrin özlərinə daha ağrılı olacaq.Qədim atalar sözündə deyilir ki, Allah cəzalandırmaq istəyəndə, əvvəlcə ağıldan məhrum edir. Getdikcə daha aydın görünür ki, biz uzun əsrlər boyu müasir sivilizasiyanın mərkəzi regionu olmuş Avropanın timsalında bu prinsipin təcəssümünü görürük.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440449621_0:0:2729:2047_1920x0_80_0_0_e342c75fab165745c637e16789a91593.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
ərdoğan, nato, türkiyə, finlandiya, isveç
ərdoğan, nato, türkiyə, finlandiya, isveç
Ərdoğan Finlandiya və İsveçi ictimai alçaldılmağa məcbur edir
Türkiyə Respublikasının rəhbərliyi Finlandiya və İsveçin NATO-ya üzv olmağına qəti etiraz edir.
BAKI, 19 may — Sputnik. Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün birgə rəsmi ərizə təqdim ediblər.
Bir neçə gün əvvəl isə Vladimir Putin finlandiyalı həmkarını, eyni zamanda, bütün Qərbi bu qərara sakit reaksiyası ilə təəccübləndirdi – onun bu reaksiyasının "gözləniləndən daha təmkinli" olduğu ortaya çıxdı.
İndi isə Rusiya prezidentinin sarsılmazlığı onun üçün pis - hər şeyi bilən və dünya siyasətinin iplərini çəkən dahi obrazı yaradaraq daha bir sui-qəsd nəzəriyyəsinə yol açır. Və hamısı ona görədir ki, Şimali Atlantika həmrəyliyinin bal çəlləyinə Rəcəb Tayyib Ərdoğan acılıq qatdı.
Beləliklə, dünya ittifaqın sürətli və həvəslə doldurulması əvəzinə, son illərdə tanış olan ictimai çəkişmələr, şantaj, inandırma, təhdid və alçaldılmalarla əlaqəli vəziyyətlərin növbəti komediyasını gözləyir.
Üstəlik, ilk növbədə öz iştirakı ilə NATO-nu sevindirmək qərarına gələn və onların qarşısına qırmızı xalçanın salınacağını gözləyən finlər və isveçlilər alçaldılacaqlar, ümid etdiklərinin əvəzində isə indi onlar qapının astanasını tapdalayan və rəhm diləyənlərin roluna məhkumdurlar. Və bu, Vaşinqton və ya Brüsselin deyil, Ankaranın qapısının astanasına aiddir.
Türkiyənin iddialarının mahiyyəti çox sadədir: İsveç və Finlandiya uzun illərdir ki, kürdləri dəstəkləmək üçün ardıcıl siyasət yürüdürlər. Hər iki ölkə kürd fəallara siyasi sığınacaq verir. İsveç parlamentində isə altı kürd deputat var. Həmçinin, bu ölkələrdə 2016-cı ildə hərbi çevriliş cəhdini təşkil etməkdə ittiham olunan vaiz Fətullah Gülənin tərəfdarlarını birləşdirən FETÖ partiyasının üzvləri sığınacaq tapıb.
Ankara üçün həm PKK-çılar, həm də gülənçilər terrorçudur. Türkiyə mətbuatı xəbər verir ki, Stokholm və Helsinki PKK və FETÖ-dən olan 33 nəfəri türklərə təhvil verməkdən imtina edib. Bəzi ekstradisiya sorğuları rədd edilib, bəzilərinə isə, sadəcə, məhəl qoyulmayıb.
Ümumiyyətlə, böyük ambisiyalarını yüksək səslə bəyan etmək şansını əldən verməyən Ərdoğanın şərait və siyasətini nəzərə alsaq, Ankaranın demarşını gözləmək tamamilə mümkün idi. Və o, ən sərt və birbaşa formada gəldi. Türkiyə prezidenti İsveçi "terror ocağı" adlandırıb, ölkəsinin iki ölkənin NATO-ya daxil olmasına "hə" deyə bilməyəcəyini söyləyib və inciməməyi xahiş edib.
Üstəlik, vəziyyəti isveçlilər və finlər üçün tamamilə təhqiredici etmək üçün Ərdoğan əlavə edib ki, Türkiyə Stokholm və Helsinkinin "antiterror bəyanatları" verilsə belə, onlara inanmayacaq. O, bu mövzuda türklərlə danışıqlar aparmalı olan hər iki ölkənin nümayəndə heyətlərinə də "özlərinə əziyyət verməməyi" tövsiyə edib.
Kimsə deyə bilər ki, Ərdoğan üçün baş verən hər şey şantaj və alver üçün bəhanədən başqa bir şey deyil və sonda Vaşinqton NATO-nun sıralarını artırmaq üçün Türkiyəni inandıracaq, razı salacaq və ya razılığını satın alacaq.
Amma birincisi, Rusiyanın S-400 sistemləri məsələsində Qərb hələ də Ankaranı mövqeyini dəyişməyə məcbur edə bilməyib və bu məqsədlə kifayət qədər səylər göstərilib. İkincisi, və bu daha vacibdir, məsələ türklərə təzyiq edib müəyyən edilmiş prosedura uyğun olaraq, son nəticədə Şimali Atlantika Alyansını genişləndirə bilmək deyil.
Məsələ vəziyyətin özündədir.
Türkiyə amerikalıların və avropalıların planlarını o zaman pozdu ki, onlar üçün pis Rusiyaya qarşı dünya konsolidasiyasını təşkil etmək əvvəlkindən daha vacib idi. Bu, onsuz da alınmır - bədnam "dünyanın hamısı" az sayda tərəfdarının dəstəyi ilə Qərbin özü ilə məhdudlaşır. İndi isə Ankara atlantikaçıların düppədüz hərbi ürəyində üsyan və parçalanma təşkil edib.
Həm də bu vəziyyəti "sevgililər bir-birini çox istədiklərindən dava edirlər" məsəli ilə əlaqələndirmək olmaz. Türkiyə uzun illərdir ardıcıl olaraq Rusiya, Çin, Hindistan və dünyanın onlarla dövləti ilə eyni məntiqlə hərəkət edir: öz suverenliyini və milli maraqlarını müdafiə edir, eyni zamanda Qərb mərkəzli sistemi və ABŞ hegemonluğunu sarsıdır. Bu mənada Ərdoğanla Putin, Xi və ya Modi arasındakı fərq yalnız avantürizm və xarici təsirlərə meyldədir ki, bunu indiki tarix də təsdiqləyir.
Bütün bunların fonunda İsveç və Finlandiyanın NATO-ya üzv olmaq qərarı xüsusilə təsirli görünür. Planetdə ABŞ naminə özünü qurban verməyə razılaşan yeganə region olan Avropanın intiharının bundan daha parlaq simvolunu düşünmək belə çətin olardı. Onilliklər ərzində çoxsaylı geosiyasi fırtınalarda uğurla tarazlaşan iki neytral ölkə, hakim olduğu sistemin göz qabağında çökdüyü tərəfi seçdilər.
Əgər Stokholm və Helsinki əsrin əvvəlində Şimali Atlantika Alyansına üzv olmaq qərarına gəlsəydilər, belə demək mümkünsə, soyuq müharibədə və qlobal hegemonda qalib gələn tərəfə qoşulmuş olardılar və bunu başa düşmək mümkün idi. Rusiya o zaman buna qarşı çıxa bilməzdi, eynilə bu cür vəziyyətdə o, Baltikyanı respublikaların NATO-ya daxil olmasını qəbul etməli idi.
Ancaq yox, isveçlilər və finlər sistemin dağıldığı anda neytrallıqdan qurtulmaq qərarına gəldilər, onlardan tələb olunan yeganə şey Rusiyaya maksimum ziyan vurmaqla özlərini məhv etməkdir. Üstəlik, onlar özlərini seçimsiz (ilk növbədə iqtisadi mənada) öldürməli olacaqlar. Moskvaya həqiqətən ciddi zərər vuracaqları isə o qədər də inandırıcı gəlmir, çünki, bu ölkələrin özlərinə daha ağrılı olacaq.
Qədim atalar sözündə deyilir ki, Allah cəzalandırmaq istəyəndə, əvvəlcə ağıldan məhrum edir. Getdikcə daha aydın görünür ki, biz uzun əsrlər boyu müasir sivilizasiyanın mərkəzi regionu olmuş Avropanın timsalında bu prinsipin təcəssümünü görürük.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.