Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

© AR Ministry of DefenceAzərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli
Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Mayın 17-dən 18-ə keçən gecə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi, mayın 17-i axşam saatlarında isə Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə yaşaayış məntəqələri atəşə tutulmuşdu.
BAKI, 19 may - Sputnik. Kəlbəcər istiqamətində ordumuzun mövqeləri yenidən düşmən atəşinə məruz qalıb. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Qeyd edək ki, Ermənistan tərəfindən mövqelərimiz artıq üç gündür ki atəşə tutulur.
Belə ki, mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.
Mayın 17-i axşam saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0