Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dendrologiya İnstitutunun direktoru faciəli şəkildə ölüb

© Photo : Azerbaijan National Academy of ScienceTofiq Məmmədov
Tofiq Məmmədov  - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
O, Xızıda ekspedisiyada olan zaman yaxınlıqda iki avtomobil toqquşub. Nəticədə toqquşan avtomobillərdən biri ona dəyib və Tofiq Məmmədov dünyasını dəyişib.
BAKI, 19 may — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə ölüb.
O, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.
Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T.Məmmədovu vurub.
Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.
2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə T.Məmmədov "Şöhrət" ordeni ilə təltif olunub.
Ailəli idi, 2 övladı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0