Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının "canlı heykəl"i zorakılığa məruz qalıb - VİDEO

© Photo : Courtesy of Parviz FakhraddinPərviz Fəxrəddin
Pərviz Fəxrəddin - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
"Canlı heykəl", yaxud "çemodanlı adam" kimi Bakı küçələrində performans nümayiş etdirən Pərviz Fəxrəddinə qarşı zorakılıq edilib
BAKI, 19 may — Sputnik. Bakının mərkəzində aktyor Pərviz Fəxrəddinə qarşı zorakılıq edilib. Bir neçə aydır Xəqani küçəsində pantomim nömrələri ilə çıxış edən, bununla da hər kəsin diqqətini çəkən Pərviz Fəxrəddin Bakı sakini tərəfindən şiddətə məruz qalıb. Bu barədə açıqlama verən aktyor bildirir ki, performans göstərən zaman həmin şəxs yaxınlaşıb və aktyora şillə vurub: "Haradasa 55-60 yaşlarında bir insan mənə yaxınlaşdı. Şillə vurub getdi. Yaşlı insan idi və mən də öz işimin başında idim. Ona görə də heç nə etmədim. Həmin şəxs hazırda axtarışdadır. Onun kimliyi və psixoloji vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur".
Həmin an ortayaşlı vətəndaşa aktyorun xanım tanışı müdaxilə edib.
Məlumat üçün bildirək ki, Pərviz Fəxrəddin küçə incəsənəti ilə məşğuldur. Onu ölkəmizdə bu işin "pioneri" adlandıra bilərik. Pərviz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram, teatr və kino aktyoru fakültəsini bitirib. Hazırda aktyor və ssenarist kimi fəaliyyət göstərir. Bundan öncə canlı heykəl kimi Türkiyədə çıxış edib. Daha sonra isə bu işi ölkəmizdə davam etdirməyi düşünüb.
Əvvəlcə müəyyən dövlət qurumlarına müraciət edib. Onun ideyasını bəyənərək dəstək olublar. Odur ki, indi Pərviz "canlı heykəl", yaxud "çamadanlı adam" kimi Bakı küçələrində performans nümayiş etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Pərviz Fəxrəddin - Sputnik Azərbaycan, 1920, 21.04.2022
MƏDƏNİYYƏT
Bakıdakı "çemodanlı adam": O kimdir və paytaxt küçələrində niyə dolaşır? VİDEO
Xəbər lenti
0