https://sputnik.az/20220519/azerbaycanli-genc-mutexessisler-srailin-fermer-teserrufatlarinda-tecrube-kececekler-442065039.html
Azərbaycanlı gənc mütəxəssislər İsrailin fermer təsərrüfatlarında təcrübə keçəcəklər
Azərbaycanlı gənc mütəxəssislər İsrailin fermer təsərrüfatlarında təcrübə keçəcəklər
Sputnik Azərbaycan
İsrailin Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı elan edilib 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T16:10+0400
2022-05-19T16:10+0400
2022-05-19T16:10+0400
fermer
iqtisadiyyat
israil
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
azərbaycan
forum
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212443_0:0:3077:1731_1920x0_80_0_0_11b8df01b00f9356fdbc48d808e5509d.jpg
BAKI, 19 may — Sputnik. 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən yeni təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ilə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer iki ölkənin aqrar sahədə kadr hazırlığı sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıblar. Qeyd olunub ki, AİCAT tərəfindən elan olunan təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.Görüşdə təcrübə proqramında iştirak etmək istəyən namizədlər üçün qoyulmuş tələblər barədə geniş məlumat verilib, ilkin seçimlərdə proqramda iştirak hüququ qazanmış tələbələrin sualları cavablandırılıb.Qeyd edək ki, dünən Azərbaycan-İsrail biznes-forumu keçirilib.Tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50 şirkət iştirak edib.Biznes-forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ölkəmizin aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verib, İsrailin müvafiq qurumları ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanlarını vurğulayıb.İsrailin Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyinin baş direktorunun müavini İrina Ettinger-Vaynşteyn ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də aqrar sektorda həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.Xatırladaq ki, mayın 18-dən etibarən Bakıda 15-ci “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisinə start verilib.Ənənəvi olaraq kənd təsərrüfatı istehsal vasitələrinin tədarükçülərı, istehsalçılar, fermerlər və dövlət qurumları arasında təcrübə mübadiləsi, ünsiyyət və səmərəli tərəfdaşlıq platforması kimi özünü doğrultmuş “Caspian Agro” sərgisində 24 ölkədən 449 iştirakçı təmsil olunub. Sərgidə fermerlərə müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumçuluq və tingçilik məhsulları, yemlər və yem əlavələri, suvarma sistemləri, istehsal xətləri və s. kimi yüzlərlə eksponat təqdim edilib. Builki sərgi xüsusi “Smart Agro” konsepti ilə marağa səbəb olub. Türkiyə və İsrailin kənd təsərrüfatı nazirlərinin, eləcə də Gürcüstanın kənd təsəfrrüfatı nazirinin müavininin sərgidə iştirakı buna əyani sübutdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212443_170:0:2899:2047_1920x0_80_0_0_f19b979062e148007588edfe900d0c16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fermer, israil, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, azərbaycan, forum
fermer, israil, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, azərbaycan, forum
Azərbaycanlı gənc mütəxəssislər İsrailin fermer təsərrüfatlarında təcrübə keçəcəklər
İsrailin Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı elan edilib
BAKI, 19 may — Sputnik. 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən yeni təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ilə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer iki ölkənin aqrar sahədə kadr hazırlığı sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıblar. Qeyd olunub ki, AİCAT tərəfindən elan olunan təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.
Görüşdə təcrübə proqramında iştirak etmək istəyən namizədlər üçün qoyulmuş tələblər barədə geniş məlumat verilib, ilkin seçimlərdə proqramda iştirak hüququ qazanmış tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, dünən Azərbaycan-İsrail biznes-forumu keçirilib.
Tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50 şirkət iştirak edib.
Biznes-forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ölkəmizin aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verib, İsrailin müvafiq qurumları ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanlarını vurğulayıb.
İsrailin Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyinin baş direktorunun müavini İrina Ettinger-Vaynşteyn ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də aqrar sektorda həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.
Xatırladaq ki, mayın 18-dən etibarən Bakıda 15-ci “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisinə start verilib.
Ənənəvi olaraq kənd təsərrüfatı istehsal vasitələrinin tədarükçülərı, istehsalçılar, fermerlər və dövlət qurumları arasında təcrübə mübadiləsi, ünsiyyət və səmərəli tərəfdaşlıq platforması kimi özünü doğrultmuş “Caspian Agro” sərgisində 24 ölkədən 449 iştirakçı təmsil olunub. Sərgidə fermerlərə müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumçuluq və tingçilik məhsulları, yemlər və yem əlavələri, suvarma sistemləri, istehsal xətləri və s. kimi yüzlərlə eksponat təqdim edilib. Builki sərgi xüsusi “Smart Agro” konsepti ilə marağa səbəb olub. Türkiyə və İsrailin kənd təsərrüfatı nazirlərinin, eləcə də Gürcüstanın kənd təsəfrrüfatı nazirinin müavininin sərgidə iştirakı buna əyani sübutdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.