https://sputnik.az/20220519/almaniyada-pive-ucun-suse-butulka-catismir-442030654.html
Almaniyada pivə üçün şüşə butulka çatışmır
Almaniyada pivə üçün şüşə butulka çatışmır
Sputnik Azərbaycan
Almaniya Pivəçilər Assosiasiyasının baş direktoru pivə üçün şüşə butulkaların çatışmazlığı və onların qiymətlərinin bir il əvvəllə müqayisədə 80 faiz artacağı... 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T08:33+0400
2022-05-19T08:33+0400
2022-05-19T08:33+0400
dünya xəbərləri
pivə
almaniya
butulka
https://cdnn1.img.sputnik.az/img/40873/66/408736634_0:200:1920:1280_1920x0_80_0_0_d2ad06a24c85f870de3daae5e27930d7.jpg
BAKI, 19 may — Sputnik. Almaniyanın pivə istehsalçıları logistik problemlər və şüşə qabların qiymətlərinin artması üzündən içkilər üçün butulkaların kəskin çatışmazlığı ilə üzləşə bilər. RİA Novosti-nin xəbərinə görə, bunu Almaniya Pivəçilər Assosiasiyasının (DBB) baş direktoru Holger Ayxele deyib."Biz yazın sonuna kimi problemlərlə üzləşəcəyimizi gözləyirik... Uzunmüddətli müqavilələri olmayanlar yeni şüşə butulkalar üçün bir il əvvəllə müqayisədə 80% daha çox ödəməli olacaqlar. Bəzi pivə zavodlarını dayanma təhlükəsi gözləyir, belə ki, onların anbarlarındakı şüşələr tezliklə tükənə bilər", - deyən Ayxele vəziyyətin "son dərəcə gərgin" olduğunu əlavə edib.DBB rəhbəri bildirib ki, yük maşını sürücülərinin çatışmazlığı pivə zavodları və içki müəssisələrinin tədarük zəncirlərini davam etdirməsini getdikcə çətinləşdirib.Qeyd olunur ki, şüşə qıtlığı əsasən kiçik və orta biznesə təsir edir, çünki bu növ tara ilk növbədə iri müəssisələrə çatdırılır:"Bu, Almaniyanın pivə bazarında müxtəliflik üçün bir təhlükə kəsb edir," – deyə Berlin və Brandenburq Pivə İstehsalat Birliyi rəhbərinin müavini Stefan Fritşe bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40873/66/408736634_116:0:1823:1280_1920x0_80_0_0_349a4994a4967c5d726083df3afce9f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
pivə, almaniya, butulka
Almaniyada pivə üçün şüşə butulka çatışmır
Almaniya Pivəçilər Assosiasiyasının baş direktoru pivə üçün şüşə butulkaların çatışmazlığı və onların qiymətlərinin bir il əvvəllə müqayisədə 80 faiz artacağı barədə xəbərdarlıq edib.
BAKI, 19 may — Sputnik. Almaniyanın pivə istehsalçıları logistik problemlər və şüşə qabların qiymətlərinin artması üzündən içkilər üçün butulkaların kəskin çatışmazlığı ilə üzləşə bilər. RİA Novosti-nin xəbərinə görə, bunu Almaniya Pivəçilər Assosiasiyasının (DBB) baş direktoru Holger Ayxele deyib.
"Biz yazın sonuna kimi problemlərlə üzləşəcəyimizi gözləyirik... Uzunmüddətli müqavilələri olmayanlar yeni şüşə butulkalar üçün bir il əvvəllə müqayisədə 80% daha çox ödəməli olacaqlar. Bəzi pivə zavodlarını dayanma təhlükəsi gözləyir, belə ki, onların anbarlarındakı şüşələr tezliklə tükənə bilər", - deyən Ayxele vəziyyətin "son dərəcə gərgin" olduğunu əlavə edib.
DBB rəhbəri bildirib ki, yük maşını sürücülərinin çatışmazlığı pivə zavodları və içki müəssisələrinin tədarük zəncirlərini davam etdirməsini getdikcə çətinləşdirib.
Qeyd olunur ki, şüşə qıtlığı əsasən kiçik və orta biznesə təsir edir, çünki bu növ tara ilk növbədə iri müəssisələrə çatdırılır:
"Bu, Almaniyanın pivə bazarında müxtəliflik üçün bir təhlükə kəsb edir," – deyə Berlin və Brandenburq Pivə İstehsalat Birliyi rəhbərinin müavini Stefan Fritşe bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.