https://sputnik.az/20220518/lon-mask-bayden-administrasiyasinin-fealiyyetini-tenqid-edib-442008138.html
İlon Mask Bayden administrasiyasının fəaliyyətini tənqid edib
İlon Mask Bayden administrasiyasının fəaliyyətini tənqid edib
Sputnik Azərbaycan
"SpaceX" şirkətinin qurucusu hesab edir ki, ABŞ-da inflyasiya hökumətin ehtiyac duyulandan daha çox pul çap etməsi səbəbindən artıb. 18.05.2022, Sputnik Azərbaycan
2022-05-18T07:50+0400
2022-05-18T07:50+0400
2022-05-18T07:50+0400
ilon mask
dünya xəbərləri
"spacex"
co bayden
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561460_0:0:3058:1720_1920x0_80_0_0_662f15791f69171e8b7a44eb377f021e.jpg
BAKI, 18 may — Sputnik. Amerikalı biznesmen, "SpaceX" şirkətinin qurucusu İlon Mask ABŞ prezidenti Co Bayden haqqında danışarkən qeyd edib ki, əsl dövlət başçısı telesuflyoru idarə edən şəxsdir. Maskın bu fikirlərini "Fox" telekanalı yayımlayıb."Əsl prezident telesuflyoru idarə edəndir. Hakimiyyətə gedən yol telesuflyorluğa gedən yoldur", - deyə qeyd edilib.Onun fikrincə, Bayden administrasiyası çox az iş görür.Mask hesab edir ki, öz növbəsində eks-prezident Donald Trampın komandasında da effektiv fəaliyyət göstərən çoxlu insanlar var idi.Biznesmenin fikrincə, Demokratlar Partiyasına həmkarlar ittifaqı və məhkəmə vəkilləri tərəfindən həddindən artıq nəzarət olunur. O, əlavə edib ki, Demokratlar xalqın maraqlarına qarşı çıxanda bu, bir qayda olaraq hüquqşünasların və həmkarlar ittifaqlarının çağırışları ilə bağlı olur.Maskın fikrincə, ABŞ-da inflyasiya hökumətin ehtiyac duyulandan daha çox pul çap etməsi səbəbindən artıb."Aydındır ki, siz sadəcə pul yarada bilməzsiniz", - deyə Mask vurğulayıb.İş adamı öz növbəsində əsl iqtisadiyyata işarə edərək, onun əmtəə və xidmətlərin istehsalı olduğunu qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561460_175:0:2906:2048_1920x0_80_0_0_12f0a91bc503ba7a52f05d06455ea6f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, "spacex", co bayden, donald tramp
ilon mask, "spacex", co bayden, donald tramp
İlon Mask Bayden administrasiyasının fəaliyyətini tənqid edib
"SpaceX" şirkətinin qurucusu hesab edir ki, ABŞ-da inflyasiya hökumətin ehtiyac duyulandan daha çox pul çap etməsi səbəbindən artıb.
BAKI, 18 may — Sputnik. Amerikalı biznesmen, "SpaceX" şirkətinin qurucusu İlon Mask ABŞ prezidenti Co Bayden haqqında danışarkən qeyd edib ki, əsl dövlət başçısı telesuflyoru idarə edən şəxsdir. Maskın bu fikirlərini "Fox" telekanalı yayımlayıb.
"Əsl prezident telesuflyoru idarə edəndir. Hakimiyyətə gedən yol telesuflyorluğa gedən yoldur", - deyə qeyd edilib.
Onun fikrincə, Bayden administrasiyası çox az iş görür.
Mask hesab edir ki, öz növbəsində eks-prezident Donald Trampın komandasında da effektiv fəaliyyət göstərən çoxlu insanlar var idi.
Biznesmenin fikrincə, Demokratlar Partiyasına həmkarlar ittifaqı və məhkəmə vəkilləri tərəfindən həddindən artıq nəzarət olunur. O, əlavə edib ki, Demokratlar xalqın maraqlarına qarşı çıxanda bu, bir qayda olaraq hüquqşünasların və həmkarlar ittifaqlarının çağırışları ilə bağlı olur.
Maskın fikrincə, ABŞ-da inflyasiya hökumətin ehtiyac duyulandan daha çox pul çap etməsi səbəbindən artıb.
"Aydındır ki, siz sadəcə pul yarada bilməzsiniz", - deyə Mask vurğulayıb.
İş adamı öz növbəsində əsl iqtisadiyyata işarə edərək, onun əmtəə və xidmətlərin istehsalı olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.