SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İƏT Parlament Assambleyasının konfrans iştirakçıları Şuşada - FOTO

© Photo : AZƏRTACİƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar
İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi qonaqlara şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
BAKI, 18 may — Sputnik. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) üçüncü ümumi konfransının iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhərinə səfər edib.
Bu gün konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə tanış olub.
© Photo : AZƏRTACİƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar
İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar - Sputnik Azərbaycan, 1920, 18.05.2022
İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bu gün konfrans iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə də tanış olublar.
Qonaqlara beynəlxalq hava limanı haqqında məlumat verilib.
© Photo : AZƏRTACİƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar
İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar - Sputnik Azərbaycan, 1920, 18.05.2022
İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar
Bildirilib ki, Qarabağın "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0