https://sputnik.az/20220518/ermenistan-azerbaycan-ordusunun-kelbecerdeki-movqelerini-atese-tutub-442014391.html
Ermənistan Azərbaycan ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
Ermənistan Azərbaycan ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
Sputnik Azərbaycan
Müdafiə Nazirliyinin bildirdiyinə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. 18.05.2022, Sputnik Azərbaycan
2022-05-18T09:17+0400
2022-05-18T09:17+0400
2022-05-18T09:17+0400
hərbi
müdafiə nazirliyi
ermənistan
kəlbəcər
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427723306_0:0:2049:1153_1920x0_80_0_0_323198b9a1224c7c773ece9e74c1684e.jpg
BAKI, 18 may - Sputnik. Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.***Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.Xatırladaq ki, bundan əvvəl mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutmuşdu. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427723306_124:0:1665:1156_1920x0_80_0_0_c265ca5809ca6b2224579c2f8fd4ea66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, ermənistan, kəlbəcər
müdafiə nazirliyi, ermənistan, kəlbəcər
Ermənistan Azərbaycan ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
Müdafiə Nazirliyinin bildirdiyinə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
BAKI, 18 may - Sputnik. Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, bundan əvvəl mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.