Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Rusiya kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edirlər - səfir

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Bakıdakı 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi olan "Caspian Agro" və 27-ci Azərbaycan beynəlxalq qida sənayesi sərgisi - "InterFood Azerbaijan"da 24 ölkədən 449 şirkət iştirak edir.
BAKI, 18 may — Sputnik. Caspian Agro və InterFood Azerbaijan sərgilərində Rusiyanın 60-dan çox müxtəlif şirkəti iştirak edir. Bu, çox gözəl göstəricidir, dövrün ruhuna və iqtisadiyyatlarımızın tələblərinə uyğundur, çünki bu gün əhalinin ərzaq məhsulları ilə təmin edilməsi və müvafiq olaraq əməkdaşlığın inkişafı kənd təsərrüfatı sektorunda çox aktual mövzulardır. Bunu, sərgiləri ziyarət edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edir.
"Hamıya məlumdur ki, Azərbaycanın meyvə-tərəvəz məhsullarının böyük əksəriyyəti Rusiyaya gedir. Bu gün burada şirkətlərimizin çox maraqlı pavilyonları təqdim olunur. İlk növbədə isə kənd təsərrüfatı ilə bağlı olanları qeyd edərdim", - deyə Boçarnikov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Boçarnikov "Rostselmaş"ın stendini qeyd edərək əlavə edib ki, o, öz kombaynlarını Azərbaycanda yığan və məhsullarını burada satan ən böyük Rusiya şirkətidir.
"Bu, kənd təsərrüfatı və maşınqayırma sahəsində əməkdaşlığımızın ən vacib istiqamətlərindən biridir", - deyə diplomat bildirib.
Mineral gübrələr üzrə əməkdaşlıq
Səfir, həmçinin, mineral gübrə istehsal edən Rusiya şirkətlərinin mövcudluğunu qeyd edib. O, bildirib ki, indiki şəraitdə müxtəlif ölkələrdə dövlət maraqlarının gübrə tədarükü ilə təchizatı və ya təmin edilməsi çox aktual məsələdir.
"Bizim gübrələrimiz dünyada ən yaxşısı olduğunu sübut ediblər. Azərbaycanla bu sahədə əməkdaşlığımız davam edir, ona görə də bizim əsas gübrə istehsalçılarımız burada təmsil olunurlar", - deyə Boçarnikov bildirib.
Bundan əlavə, səfir qeyd edib ki, sərgilərdə kənd təsərrüfatı məhsullarını emal edən və ərzaq məhsulları istehsal edən bir çox Rusiya şirkətləri təmsil olunur.
"Onlar Azərbaycanda çox populyardır, buna əmin olmaq üçün istənilən mağazaya getmək kifayətdir. Mən şadam ki, əvvəlki illərlə müqayisədə bu şirkətlərin Azərbaycanda keçirilən sərgilərdə iştirakı ilə ifadə olunan fəaliyyətimiz artır və şirkətlərimizin təmsilçiliyi genişlənir", - deyə diplomat bildirib.
Boçarnikov sərgilərin rusiyalı iştirakçılarına uğurlar arzulayıb və onlara iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verməyi arzulayıb.
"Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri
Çərşənbə günü Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi olan Caspian Agro və 27-ci Azərbaycan beynəlxalq qida sənayesi sərgisi - InterFood Azerbaijan işə başlayıb.
Mayın 20-dək davam edəcək sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir.
Caspian Agro-da 19 ölkədən 294 şirkət, o cümlədən, Rusiya, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin və digərləri təmsil olunur.
"Inter Food Azerbaijan" sərgisində 12 ölkədən 155 şirkət iştirak edir.
Rusiyanı sərgidə Omsk, Rostov, Yaroslavl, Volqoqrad, Perm, Moskva, Penza vilayətlərindən, həmçinin, Adıgey, Udmurt və Altay respublikalarından 60-dan çox şirkət təmsil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0