Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan benzinə olan tələbatını ödəyə bilərmi?

© Sputnik / Murad OrujovYanacaq doldurma məntəqəsi, arxiv şəkli
Yanacaq doldurma məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Azərbaycanlılar avtomobil benzini və yanacağının alışına xərclərini 11,1% artırıblar.
BAKI, 18 may — Sputnik. Orta statistik azərbaycanlı üçün digər məsələlərlə yanaşı, ən aktual məsələlərdən biri də son bir ildə benzinin xeyli bahalaşmasıdır. Azərbaycanda sonuncu dəfə Aİ-95 (premium) və Aİ-98 (super) markalı benzinin qiymətləri ötən ilin sentyabrında - müvafiq olaraq 1,6 manatdan 1,9 manatadək bahalaşıb və bu, bir il ərzində üçüncü qiymət artımıdır.
Ötən həftə ölkədə avtomobil yanacağının bahalaşa biləcəyi ilə bağlı yenidən söhbətlər ortaya çıxıb. Ancaq "SOCAR Petroleum" nümayəndələri bu şayiələri təkzib etsələr də, bu, əhalinin narahatlığını azaltmayıb, xüsusən də nəzərə alsaq ki, ölkəyə gətirilən bir çox mallar artıq bahalaşıb.
Burada qeyd etmək yerinə düşər ki, əvvəllər Azərbaycanda istehsal olunan Aİ-92 markalı benzin hazırda başqa ölkələrdən də gətirilir. Bu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan modernləşdirmə ilə bağlıdır və elə buna görə də həmin müəssisədə bu növ yanacağın istehsalı xeyli azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin birinci rübündə Azərbaycan 50,442 min ton Aİ-92 markalı benzin idxal edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur.
Eyni zamanda, 45,348 milyon dollar dəyərində olan Aİ-92 markalı benzinin ümumi idxalının 85,3 faizi Rusiyadan həyata keçirilib.
Bununla yanaşı, əhalinin benzin alışı üçün xərcləri də artıb. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan istehlakçıları ümumilikdə 817,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.
© SputnikElşad Məmmədov, iqtisad elmləri doktoru
Профессор UNEC, замдиректора Русской школы экономики Эльшад Мамедов   - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Elşad Məmmədov, iqtisad elmləri doktoru
Benzinin qiyməti qalxa bilərmi?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Elşad Məmmədov hesab edir ki, Azərbaycanda benzinin bahalaşması ölkənin qiymət siyasəti baxımından arzuolunmaz ssenaridir.
"Bu qərar Tarif Şurasının səlahiyyətindədir və bunun necə olacağını proqnozlaşdırmaq çətindir. Benzinin qiymətinin artırılması ilə bağlı qərara bir sıra amillər təsir edir. Ancaq, fikrimcə, təbii inhisarların ("Azərişıq", "Azəriqaz" və s. - red) göstərdikləri xidmətlər üçün tariflərin artımını ən azı üç il müddətinə dondurmaq məqsədəuyğundur", - deyə Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Ekspert əmindir ki, bu inflyasiya ilə effektiv mübarizə və əlverişli investisiya mühitinin formalaşması üçün lazımdır. Məmmədov qeyd edib ki, qiymət artımının dondurulması ölkədə həyata keçirilən sosial siyasətə də uyğundur.
Azərbaycan öz benzinini ixrac edə bilər
Ekspertin fikrincə, Azərbaycanın neft istehsalında imkanlarını, eləcə də investisiya potensialını nəzərə alsaq, ölkə daxili tələbatı ödəyə, hətta dünya bazarlarına belə benzin tədarük edə bilərdi.
"Azərbaycan neft emalı zavodlarının bəzi inkişaf hədəflərinə nail olması ilə bağlı söhbətlər daim olur. Xammal şəklində ixrac olunan neft hasilatının həcmini, eləcə də investisiya imkanlarını nəzərə alsaq, ölkə həm daxili bazarı təmin edə, həm də xarici bazarlara tədarükdən xeyli ixrac gəliri əldə edə bilərdi", - deyə iqtisadçı vurğulayıb.
Bundan əlavə, Məmmədov qeyd edib ki, külli miqdarda qızıl-valyuta ehtiyatlarının mövcudluğu faktiki olaraq, ölkəyə texnologiyaların idxalı üçün zəmanətdir və bu Azərbaycanda neft emalı zavodlarının ixrac parametrlərinə çıxmasına imkan verərdi.
Ekspert yekunda bildirb ki, Azərbaycandan emal olunmuş məhsulların, o cümlədən neft-kimya məhsullarının ixracı xarici bazara daha yüksək əlavə dəyərlə çıxmağa kömək edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0