Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa Rusiyanın tarixini Ukraynanın xeyrinə müsadirə etməyə başladı

© AP Photo / Francisco Seco
Aİ - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
İyirmi il əvvəl kimin ağlına gələrdi ki, Müdrik Yaroslavın sevimli qızı, Fransa kralı Birinci Henrix ilə evli olan şahzadə Anna Yaroslavna, sən demə, ukraynalı imiş?
"Nikolya, siz, əslində, ukraynalı olduğunu bilirdiniz? Mənə inanmırsınızsa, dərsliyi oxuyun. Bunun dəmir məntiqi var: fransızların əcdadları qallar olduğuna görə onlar Qaliçinadan gəliblər."
Daimi nümayəndə Vasili Nebenzyanın fransalı həmkarı Nikolya de Rivyere ünvanladığı və BMT-nin bəzəkli interyerində səslənən bu sözlər, təbii ki, başqa vaxtlarda kifayət qədər mehriban gülüşə səbəb olardı (diplomatlar da yaxşı zarafatları qiymətləndirməyi bacarırlar). Amma bu gün Qərb dünyası bu bir neçə ifadəni asfalt meydançasının ciddiliyi ilə qəbul edəcək.
Ukrayna qızdırmalı adamlar kimi kontinental Avropa və ingilis-amerika-sakson elitasını yaxşı formada saxlamaq üçün nəinki pul, nəinki silah, nəinki yeni siyasi texnika axtarır, bu gün Ukrayna öz tarixini onun hesabına zənginləşdirmək üçün kimisə axtarır. Həmçinin, öz musiqisini. Öz rəsmini. Öz ədəbiyyatını. Bir sözlə, öz mədəniyyətini.
Bu tarix və mədəniyyət, nəinki geosiyasi fırıldaqçıların əllərini, həm də ictimai rəyin yeni manipulyasiyalarını diqqətlə izləsəniz, rus mədəniyyətini və rus tarixini əvəz edə bilər (ya da etməlidir).
Bu günlərdə Fransada lüğət-bələdçi şəklində tərtib edilmiş və "Qaliçina qalların doğulduğu yerdir" üslubunda heç də az olmayan ekzotik nəticələrə gətirib çıxaran kitab nəşr olunub.
Təbii ki, müəlliflərin təqdimatında ("müəllifələr" - Ukraynada onlara belə deyərdilər, çünki lüğəti iki xanım tərtib edib: Parisli, Pari-Matç jurnalının baş redaktor müavini və Kiyev sakini, konservatoriyanın skripka müəlliməsi), Ukrayna öz tarixi boyu ("çox minilliklər") mövcud olub, Rusiya isə o zamanlar yox idi.
Necə ki, Kiyev mövcud idi, Moskva isə yox.
Kiyev Rusiyanın paytaxtıdır (Kiyev Rusiyasının, burada razılaşırıq), Moskva isə bataqlıq bir yerdir, yaşamaq üçün uyğun deyil və hətta qeyd etməyə dəyməz.
Təbii ki, Kiyevdə hökmranlıq edən rus knyazları da olmayıb. Bunlar şahzadələr, lakin proto-ukraynalılar idi - kontekstdə belə deyilir.
Ukraynanın Rusiya ilə ortaq tarixi yox idi – sonuncu, həmişə ilk intriqa planını qurur və digərinə müstəqilliyi vermir, daim ən yaxşı, azad və mütərəqqi olan hər şeyi sıxışdırırdı. Yenə də müəlliflərdən birinin şərhinə əsaslansaq, belə nəticəyə gəlmək olar ki,heç demə, Rusiya-Ukrayna münasibətlərində mövcud böhran dörd əsrlik qarşıdurma tarixinin davamıdır. Moskoviya (və Sankt-Peterburq da, həmçinin) Kiyevi "əzəndə" və yer üzündən silməyə çalışanda, Ukraynanın paytaxtı bu cəhdləri uğurla və ya uğursuz dəf edirmiş.
Ümumiyyətlə, insanda belə bir təəssürat yaranır ki, Rusiyada avropalı olan, yəni uyğun və düzgün olan hər şeyin demək olar ki, həmişə Ukrayna kökləri var.
Deyirsiz ki, bu ola bilməz? Elə gözəl olur ki!
İyirmi il əvvəl kimin ağlına gələrdi ki, Müdrik Yaroslavın sevimli qızı, Fransa kralı Birinci Henrix ilə evli olan şahzadə Anna Yaroslavna, sən demə, ukraynalı imiş?
Halbuki, bu gün Avropa tarixşünaslığında məhz bu nöqteyi-nəzər faktiki olaraq düzgün hesab olunur.
Nə olsun ki, əslində, Rürik sülaləsindən olan Yaroslav, Rostovda, sonra Velikiy Novqorodda knyazlıq edib. Kiyev taxtını isə o, çox sonra - qardaşı Svyatopolk ilə müharibə nəticəsində alıb. Yeri gəlmişkən, bu müharibədə Svyatopolkun tərəfində - kiyevlilər idi. Yaroslavın tərəfində isə - novqorodlular. Amma o, nə olur-olsun, ukraynalıdır. Onun qızı da ukraynalıdır.
Yeri gəlmişkən, bu yeni tarixi nümunələrə görə, həm də Anna Qorenko ukraynalıdır. Bütün dünya onu Anna Axmatova kimi tanıyır.
Rus rəssam İlya Repin ukraynalı olmağa cəlb edilib. Məşhur sovet musiqiçisi David Oystrax da ukraynalılığa qəbul edilib.
Detallar və nüanslar vacib olmayan və lazımsız olaraq atılır. Burada əsas olan doğulduğu yerdir. Məhz bu amil insanın kim olduğunu, özünü necə müəyyənləşdirdiyini və ən əsası, özünü necə tanıtdığını təyin edir.
Əks vektoru (lakin öz evində və öz daxilində) alqışlayan Avropa, yəni sizin harada doğulmağınızın (və daha aydın şəkildə - kim olduğunuzun, məsələn, kişi və ya qadın) fərqi yoxdur, vacib olan – bu dünyada özünü harada və necə hiss etməyinizdir - Ukrayna üçün bir istisna edir.
Yerlilikdən (bu halda doğulduğu yerdən) və doğulduğun torpaqdan (doğum torpağı) gələn hər şey ukraynalı sayılmağa başlayır.
Əgər kontinental Avropada kimsə özünü açıq şəkildə şvabiyalı, tirollu, burqundlar, basklar, taliçinalılar adlandırmağa başlasa, bu insanlar ən yaxşı halda böyük orijinal sayılacaqlar. Ən pis halda isə separatçılar.
Doğulduğun yeri xatırlamağa, hələ ki, heç kim qadağa qoymur, amma müxtəlif günahlarda ittiham olunmaq riski ilə, açıq danışmağa, yəni öz mənşəyinə, doğulduğu yerə görə "siyasət" aparmağa, praktiki olaraq heç kim cürət etməyəcək.
Bəli, Napoleon böyük bir komandirdir, lakin Fransa öz imperatoruna aşiq olsa da, onun Korsika mənşəli olması haqqında stulları sındırmaq heç də yaxşı hesab edilmir.
Ukraynanın adını çəkər-çəkməz optika dərhal dəyişir.
Və bu, Şərqi Avropanın və Slavyan dünyasının tarixi haqqında çox şey bilməyən Qərbi Avropa "ictimai rəy liderləri"nin və jurnalistlərin sadəlövh özündən razı ağılsızlığı deyil, eyni dərəcədə sadəlövh auditoriyanın beynini yumaq üçün yaxşı işlənmiş strategiyadır.
Ukrayna həm Rusiya İmperiyasının, həm də Sovet İttifaqının tərkibində olarkən mədəniyyət və dillə bağlı hər şeydə elə üstünlüklərə malik idi ki, başqaları bunu xəyal edə bilməzdilər.
Ən yüksək zadəgan titullarını verməkdən tutmuş, səxavətli əl ilə torpaqların pay verilməsi və səfirliklərdə vəzifələrə qədər. Razumovskilərin qraf ailəsini və Koçubeyev knyaz ailəsini xatırlamaq kifayətdir - əgər Rusiya İmperiyasında ukraynalıların milli sıxışdırılması və repressiyaları belə görünürdüsə, şübhəsiz ki, bir çox qərblilər bugünkü Ukraynada bu kimi söz və anlayışların mənalarının Rusiyadakı özünəməxsus anlayışına çox təəccüblənəcəklər.
Amma indi tarixi-mədəni cəbhədə vuruşan və "qallar Qaliçinadandır" kimi fikirləri sırımağa çalışanların qarşısında tamam başqa vəzifə durur. Onlar yaxın gələcəkdə rusların olan bir çox nələrisə çoxunu "Ukraynaya məxsus olana" çevirməlidirlər.
Həm də veclərinə deyil ki, onların bunu təlqin edəcəkləri Avropanın özü uzun onilliklərdir ki, özünüdərkin özəyini etnik mənsubiyyət deyil, mədəniyyət təşkil etdiyi tamamilə fərqli qaydalar əsasında yaşayır. Və, elə ona görə də bütün dünya Kataloniyalı Pikassonu fransız rəssamı hesab edir. Toskanadan olan İvo Livi isə bütün dünyada İv Montan kimi tanınır.
Yeri gəlmişkən, eyni vəziyyət Rusiyada da müşahidə olunur. Axı, təkcə Rusiyada həqiqətə qarşı bir sözlə belə günah işlətmədən - "Böyük rus rəssamı İsaak Levitan kasıb yəhudi ailəsində doğulub" yazmaq olar.
Əgər rus mədəniyyəti hər kəsə öz köklərini, qanına və torpağa sədaqətini qoruyub əbədi rus dəyərlərini yaratmağa imkan verirdisə, bu, yalnız mədəniyyətimizin dünyaya açıq olmasından xəbər verir.
Əgər qonşu ölkənin nəhəng inkişaf imkanlarına malik olan mədəniyyəti (o, bundan istifadə edirdi, əks halda nə parlaq kino, nə parlaq səhnə sənəti, nə də sanballı ədəbiyyat olmazdı) bu gün onu "böyük rus şovinistləri tərəfindən məhv olmuş, ləkələnmişdir" kimi qələmə verirsə, bu ondan xəbər verir ki, dəyərlərin universallığı kimi böyük prinsip nə vaxtsa unudulub, onun yerini isə müxtəlif ajiotajlar alıb.
Təbliğatın başladığı yerdə isə mədəniyyətin mövcudluğu bitir. Nə etsən də, faydası olmur. İstəyirsən, bu təbliğatı lap Avropaya qədər uzat. İstəyirsən, qalan "bütün sivil dünya"ya uzat. Həmin o dünyaya ki, orada, bundan sonra qallar, qaliçinalılar hesab olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0