https://sputnik.az/20220518/aile-nazirliyi-yaradilsin---deputatdan-teklif-442020537.html
Ailə Nazirliyi yaradılsın - Deputatdan təklif
Ailə Nazirliyi yaradılsın - Deputatdan təklif
Sputnik Azərbaycan
Zahid Orucun sözlərinə görə, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan anti-sosial ideyaların nümayişi artıb 18.05.2022, Sputnik Azərbaycan
2022-05-18T12:24+0400
2022-05-18T12:24+0400
2022-05-18T12:32+0400
ailə
cəmiyyət
zahid oruc
deputat
https://cdnn1.img.sputnik.az/img/41702/50/417025014_0:0:1920:1080_1920x0_80_0_0_e0dab63e2255373cdcf7b53256110f60.jpg
BAKI, 18 may — Sputnik. Nə qədər inkişaf təmin edilsə də, hər zaman ailə institutunun problemləri olub. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda deyib.O bildirib ki, "Ailə günü" Azərbaycanda 2007-ci ildən qeyd olunur: "Bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə qoyduğu tələblər yerinə yetirilir və milli qanunvericilik təkmilləşdirilir. Məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır. Qarşıda duran missiya qəlizdir - urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.".Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan anti-sosial ideyaların nümayişi artıb: "Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik".Qeyd edək ki, konfransın əsas məqsədi dövlət ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulması olub.Xatırladaq ki, Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41702/50/417025014_162:0:1867:1279_1920x0_80_0_0_3e22513ec9eb4ae397a391c1d1639c76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ailə, zahid oruc, deputat
ailə, zahid oruc, deputat
Ailə Nazirliyi yaradılsın - Deputatdan təklif
12:24 18.05.2022 (Yenilənib: 12:32 18.05.2022) Zahid Orucun sözlərinə görə, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan anti-sosial ideyaların nümayişi artıb
BAKI, 18 may — Sputnik. Nə qədər inkişaf təmin edilsə də, hər zaman ailə institutunun problemləri olub. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda deyib.
O bildirib ki, "Ailə günü" Azərbaycanda 2007-ci ildən qeyd olunur: "Bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə qoyduğu tələblər yerinə yetirilir və milli qanunvericilik təkmilləşdirilir. Məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır. Qarşıda duran missiya qəlizdir - urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.".
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan anti-sosial ideyaların nümayişi artıb: "Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik".
Qeyd edək ki, konfransın əsas məqsədi dövlət ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulması olub.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.