https://sputnik.az/20220517/ran-rusiya-ve-ukrayna-arasinda-vasitecilik-etmek-niyyetindedir-441987364.html
İran Rusiya və Ukrayna arasında vasitəçilik etmək niyyətindədir
İran Rusiya və Ukrayna arasında vasitəçilik etmək niyyətindədir
Sputnik Azərbaycan
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir. 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T11:26+0400
2022-05-17T11:26+0400
2022-05-17T11:36+0400
iran
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262228_0:320:3073:2048_1920x0_80_0_0_6a0b759540a7ddd4986268c4053f0af3.jpg
BAKI, 17 may — Sputnik. İranın Moskva ilə Kiyev arasında vasitəçilik və münaqişənin həlli istiqamətində səylərini bərpa etmək niyyətindədir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib."Biz Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllinə bacardığımız qədər və hər iki tərəf hazır olduğu qədər töhfə verə biləcəyik. İran İslam Respublikası, inşallah, yeni bir fəaliyyətə başlayacaq. Bu, münaqişənin həlli üçün səylərimizin bir hissəsidir", - deyə Xətibzadə bildirib.O, həmçinin qeyd edib ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir. Xətibzadənin sözlərinə görə, bu, həm İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın səfərləri zamanı, həm də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə təmaslarda bildirilib.Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220516/yarali-ukrayna-herbcileri-azovstaldan-texliye-edilir-441974199.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262228_57:0:2788:2048_1920x0_80_0_0_2efba598b0fbdcab93b0ec28c1239a75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, rusiya, ukrayna
İran Rusiya və Ukrayna arasında vasitəçilik etmək niyyətindədir
11:26 17.05.2022 (Yenilənib: 11:36 17.05.2022) İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir.
BAKI, 17 may — Sputnik. İranın Moskva ilə Kiyev arasında vasitəçilik və münaqişənin həlli istiqamətində səylərini bərpa etmək niyyətindədir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
"Biz Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllinə bacardığımız qədər və hər iki tərəf hazır olduğu qədər töhfə verə biləcəyik. İran İslam Respublikası, inşallah, yeni bir fəaliyyətə başlayacaq. Bu, münaqişənin həlli üçün səylərimizin bir hissəsidir", - deyə Xətibzadə bildirib.
O, həmçinin qeyd edib ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir. Xətibzadənin sözlərinə görə, bu, həm İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın səfərləri zamanı, həm də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə təmaslarda bildirilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.