Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Yaralı Ukrayna hərbçiləri "Azovstal"dan təxliyə edilir

© Sputnik / Алексей Куденко / Mediabanka keçid"Azovstal", arxiv şəkli
Azovstal, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
Kombinatın ərazisindən çıxarılan yaralıların Novoazovsk xəstəxanasına yerləşdirildiyi bildirilir.
BAKI, 16 may - Sputnik. Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda olan yaralı ukraynalı hərbçilərin təxliyəsi başlayıb. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi xəbər yayıb.
“Mayın 16-da Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisində blokadaya alınmış ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub”, - nazirlik izah edib.
Məlumatda deyilir ki, yaralılar "Donetsk Xalq Respublikası" ərazisindəki Novoazovsk xəstəxanasına yerləşdirilib. Rusiya ordusu "Azovstal" ərazisində sükut rejimi tətbiq edib.
Bir müddət əvvəl doqquz nəfər ukraynalı hərbçinin ağ bayraq altında "Azovstal" ərazisini tərk etdiyi bildirilib. Lakin onların daha böyük bir insan qrupunu təmsil etdikləri bildirilib. Rusiya tərəfi ukraynalılarla danışıqlara başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0