DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qlobal iqtisadiyyat Ukraynaya görə böhranın astanasındadır - Borrell

© AP Photo / Geert Vanden WijngaertAvropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Rusiya XİN bəyan edib ki, Rusiya neft və qazından imtina Avropa və dünya iqtisadiyyatları üçün mənfi nəticələrə gətirib çıxaracaq.
BAKI, 17 may — Sputnik. Avropa İttifaqı Ukraynadakı vəziyyətin nəticələrinə görə qlobal iqtisadiyyat üçün son dərəcə narahatdır və hesab edir ki, dünya dərin iqtisadi böhran astanasındadır. Bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Brüsseldə keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.
"Biz qlobal iqtisadiyyatın nəticələrindən son dərəcə narahatıq. Elektrik enerjisi və ərzaq böhranı da daxil olmaqla dərin iqtisadi böhranla qarşı-qarşıyayıq", - deyə Borrel qeyd edib.
Bir sıra Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Aİ ölkələrində də Rusiya neftindən və qazından imtina imkanlarını ciddi şəkildə nəzərdən keçirirlər.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Rusiyanın neft və qazından imtina edilməsi Avropa və qlobal iqtisadiyyat üçün böyük nəticələrə səbəb olacaq.
Onun sözlərinə görə, Avropa Rusiya qazından və neftindən çox asılıdır. Biriçevski hətta əlavə edib ki, əgər ümumi qənaətə keçsə də, dünyanın digər bölgələrində tədarükçülər tapsa da və bərpa olunan enerji mənbələrinə keçsə də, "ən ideal variantda" enerji resurslarının yalnız 80%-ni əvəz edə biləcək.
Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı sanksiyaların səbəb olduğu enerji qiymətlərinin mart ayında rekord həddə yüksəlməsi hədd deyil.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyaya qarşı sanksiyaların nəticələrindən danışaraq, bunların ayrı-ayrı ölkələrdə aclıq perspektivi ilə tam beynəlxalq ərzaq böhranına gətirib çıxaracağını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0