Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana dəvət edib

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidQazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, arxiv şəkli
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
BAKI, 17 may — Sputnik. Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Dövlətimizin başçısı Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Президент РФ В. Путин провел переговоры с президентом Казахстана К.-Ж. Токаевым - Sputnik Azərbaycan, 1920, 10.02.2022
RUSİYA
Putin və Tokayev arasında 3,5 saatlıq danışıqlar nə barədə olub?
Xəbər lenti
0