https://sputnik.az/20220517/muzeyseverlere-sad-xeber-sabah-pulsuz-olacaq-441999768.html
Muzeysevərlərə şad xəbər: sabah pulsuz olacaq
Muzeysevərlərə şad xəbər: sabah pulsuz olacaq
Sputnik Azərbaycan
Sabah vətəndaşlar Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeyləri ödənişsiz ziyarət edə biləcəklər. 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T19:05+0400
2022-05-17T19:05+0400
2022-05-17T19:05+0400
muzey
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426820609_0:0:3072:1728_1920x0_80_0_0_4b01ba8317e8b55d45ebe529863a645d.jpg
BAKI, 17 may — Sputnik. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub.Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumatda deyilir.Məlumatda deyilir ki, vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərin gücü" mövzusuna həsr olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426820609_341:0:3072:2048_1920x0_80_0_0_7749ac1263dd28cb0b11bc2dda471e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muzey
Muzeysevərlərə şad xəbər: sabah pulsuz olacaq
Sabah vətəndaşlar Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeyləri ödənişsiz ziyarət edə biləcəklər.
BAKI, 17 may — Sputnik. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumatda deyilir.
Məlumatda deyilir ki, vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərin gücü" mövzusuna həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.