https://sputnik.az/20220517/jurnalistin-olum-xeberini-yayanlari-ne-gozleyir-442008434.html
Jurnalistin ölüm xəbərini yayanları nə gözləyir?
Jurnalistin ölüm xəbərini yayanları nə gözləyir?
Sputnik Azərbaycan
Tanınmış media eksperti bildirir ki, hansısa sosail şəbəkədə, kiminsə yazdığı qeyri-ciddi xəbəri dərc etmək həmin media orqanının qeyri-peşəkarlığından xəbər... 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T23:55+0400
2022-05-17T23:55+0400
2022-05-17T23:55+0400
jurnalist
cəmiyyət
qulu məhərrəmli
professor qulu məhərrəmli
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_0:289:3072:2017_1920x0_80_0_0_da91b560e4a79d59273484e9c6317c78.jpg
BAKI, 17 may — Sputnik. Ötən gecə "Sputnik Azərbaycan"-ın keçmiş əməkdaşı jurnalist İradə Cəlilin ölüm xəbəri yayılıb. Ölkənin aparıcı və məşhur media subyektləri bu xəbəri dərc edib. Sonradan həmin xəbər təkzib olunub. Adətən bu xəbərlər məşhurlarla bağlı yayılır. Vaxtaşırı hansısa məşhurun ölüm xəbərini yayırlar, sonra da təkzib olduğunu qeyd edirlər. Bu nə dərəcədə doğrudur?"Jurnalistikanın inkişafına yardım" fondunun sədri, "Əməkdar jurnalist" Qulu Məhərrəmli bu tipli xəbərlərin yayılmasını qeyri-peşəkarlıq hesab edir:"Özünü peşəkar hesab edən media qurumlarının sağ insanların ölüm xəbərini yayması ilk dəfə deyil. Əvvəllər belə hallar daha çox olardı. İndi biraz məsuliyyət artıb. Bunun səbəbi qeyri-peşəkarlıq, süni şəkildə sensasiya yaratmaq, reytinq qazanmaqdır. Bu tipli xəbərlə İP qazanmaq dəfələrlə sınanmış çox pis metodlardır".Media eksperti bu tipli xəbərlərin yayılmasını həmin media qurumunun qeyri-peşəkarlığı ilə əlaqələndirir: "Pis tərəfi də odur ki, sosial şəbəkədə kimsə yanlış xəbər verir, bütün saytlar da bir-birindən "copy-paste" edirlər. Bu tipli xəbərlər sosial mediyada yayılsa belə peşəkar media baş vermiş hadisəni araşdırmadan, mənbələrə istinad etmədən xəbəri verməməlidir".Yayılan yanlış xəbərə görə, həmin mətbu orqan və xəbəri yayan şəxslər istintaqa cəlb oluna bilərmi? Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirir ki, yanlış xəbəri yayılan şəxs özü şikayət etdiyi təqdirdə həmin media qurumları məsuliyyətə cəlb oluna bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_306:0:3037:2048_1920x0_80_0_0_40c7a1741fd54bb98565d2c83d9f9de4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
jurnalist, qulu məhərrəmli, professor qulu məhərrəmli
jurnalist, qulu məhərrəmli, professor qulu məhərrəmli
Jurnalistin ölüm xəbərini yayanları nə gözləyir?
Tanınmış media eksperti bildirir ki, hansısa sosail şəbəkədə, kiminsə yazdığı qeyri-ciddi xəbəri dərc etmək həmin media orqanının qeyri-peşəkarlığından xəbər verir.
BAKI, 17 may — Sputnik. Ötən gecə "Sputnik Azərbaycan"-ın keçmiş əməkdaşı jurnalist İradə Cəlilin ölüm xəbəri yayılıb. Ölkənin aparıcı və məşhur media subyektləri bu xəbəri dərc edib. Sonradan həmin xəbər təkzib olunub. Adətən bu xəbərlər məşhurlarla bağlı yayılır. Vaxtaşırı hansısa məşhurun ölüm xəbərini yayırlar, sonra da təkzib olduğunu qeyd edirlər. Bu nə dərəcədə doğrudur?
"Jurnalistikanın inkişafına yardım" fondunun sədri, "Əməkdar jurnalist" Qulu Məhərrəmli bu tipli xəbərlərin yayılmasını qeyri-peşəkarlıq hesab edir:
"Özünü peşəkar hesab edən media qurumlarının sağ insanların ölüm xəbərini yayması ilk dəfə deyil. Əvvəllər belə hallar daha çox olardı. İndi biraz məsuliyyət artıb. Bunun səbəbi qeyri-peşəkarlıq, süni şəkildə sensasiya yaratmaq, reytinq qazanmaqdır. Bu tipli xəbərlə İP qazanmaq dəfələrlə sınanmış çox pis metodlardır".
Media eksperti bu tipli xəbərlərin yayılmasını həmin media qurumunun qeyri-peşəkarlığı ilə əlaqələndirir:
"Pis tərəfi də odur ki, sosial şəbəkədə kimsə yanlış xəbər verir, bütün saytlar da bir-birindən "copy-paste" edirlər. Bu tipli xəbərlər sosial mediyada yayılsa belə peşəkar media baş vermiş hadisəni araşdırmadan, mənbələrə istinad etmədən xəbəri verməməlidir".
Yayılan yanlış xəbərə görə, həmin mətbu orqan və xəbəri yayan şəxslər istintaqa cəlb oluna bilərmi? Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirir ki, yanlış xəbəri yayılan şəxs özü şikayət etdiyi təqdirdə həmin media qurumları məsuliyyətə cəlb oluna bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.