DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden administrasiyasında Çinlə bağlı mövqelər toqquşub

© AP Photo / Evan VucciBayden Co
Bayden Co - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
ABŞ prezidenti şəxsən həmkarlar ittifaqı rəhbərlərinə tariflərlə bağlı yekun qərarda iştirak edəcəklərinə söz verib.
BAKI, 17 may — Sputnik. ABŞ-ın maliyyə naziri Canet Yellen və ABŞ-ın ticarət danışıqları üzrə danışıqlar aparan Ketrin Tay arasında Çindən idxal olunan mallara gömrük rüsumlarının ləğv edilməsi ilə bağlı fikir ayrılığı yaranıb. Bu barədə "Reuters" agentliyi ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
ABŞ prezidenti Co Bayden müşavirləri arasında gərgin mübahisəni həll etməli və Çindən gətirilən mallara idxal rüsumlarının azaldılması ilə bağlı qərar verməli olacaq. Rəsmilər bir neçə dəfə Çindən idxal edilən yüz milyardlarla dollarlıq mallar üçün 25%-ə qədər tarifləri müzakirə ediblər. Bu tədbirlər ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən tətbiq edilib və ABŞ şirkətlərinə milyardlarla dollara başa gəlib.
Agentliyin məlumatına görə, Canet Yellen bəzi tariflərin götürülməsinin tərəfdarıdır, çünki bu, ABŞ-da inflyasiyanın azalmasına kömək edəcək. Bununla belə, Ketrin Tay qərarın təxirə salınmasını və Çinə qarşı daha geniş ticarət strategiyasının qəbul edilməsini zəruri hesab edir. Bu strategiya ABŞ vətəndaşları üçün iş yerlərinin qorunmasına yönəldiləcək və Çinin qlobal bazardakı siyasətinə əsaslanacaq.
Həmkarlar ittifaqları gömrük rüsumlarının yumşaldılmasının əleyhinədir. "Reuters"in Baydenin köməkçilərindən birindən əldə etdiyi məlumata görə, ABŞ prezidenti şəxsən həmkarlar ittifaqı rəhbərlərinə tariflərlə bağlı yekun qərarda iştirak edəcəklərinə söz verib.
Mayın 9-da Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ-ın Çindən gələn bəzi mallara tətbiq etdiyi gömrük rüsumları qeyri-konstruktivdir və ABŞ administrasiyası onların ləğvini mümkün hesab edir.
"Biz onlara ABŞ-da sənayeyə necə təsir etməsi prizmasından baxırıq. Hesab edirik ki, onlardan bəziləri konstruktiv olmayıb və bir sıra sənaye sahələrinə mənfi təsir edib. Tarifləri öyrənərkən biz bir sıra amilləri nəzərə alırıq ki, bunlardan da ən mühümü onların iqtisadiyyata və bir sıra sənaye sahələrinə təsiridir", - Psaki bildirib.
“Reuters” xəbər verir ki, hər hansı qərar qəbul edilməzdən əvvəl tariflərin öyrənilməsi bir neçə ay çəkə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0