https://sputnik.az/20220517/baramacilara-dovlet-desteyi---detallar-441975998.html
Baramaçılara dövlət dəstəyi - DETALLAR
Baramaçılara dövlət dəstəyi - DETALLAR
Sputnik Azərbaycan
Toxumların fermerlərə paylanması artıq başa çatıb. Bu ildən fermerlərimiz baramanın hər kiloqramına görə ümumilikdə 2 manat artıq pul alacaqlar. 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T09:29+0400
2022-05-17T09:29+0400
2022-05-17T09:29+0400
baramaçılıq
iqtisadiyyat
subsidiya
qax
çin
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42411/63/424116336_0:161:3069:1887_1920x0_80_0_0_b8dbe53c87d40d429709f2741daf5b3f.jpg
BAKI, 17 may — Sputnik. Bu il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11 min 130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.Ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Cari ildən istehsal olunmuş yaş barama "Azəripək" MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.Toxumların çoxu Çindən gətirilibBu il kümçülərə paylanan 11 min 130 qutu ipəkqurdu toxumunun 10 min qutusu Çindən gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.Subsidiya artırılıbQeyd edək ki, bu ildən baramaçılara ödənilən subsidiya artırılıb. Baramaçılıq dövlət dəstəyi ilə əhatə olunan və dövlət tərəfindən subsidiyalaşdırılan sahələrdən biridir. Bu il subsidiya fermerlərə dəstək tədbirlərinin artırılması üçün 5 manatdan 6 manata qaldırılıb. "Azəripək" MMC də öz tərəfindən fermerlərə yaş baramanın hər kiloqramı üçün 4 manat əvəzinə 5 manat ödəməyə razılaşıb. Beləliklə, artıq bu ildən etibarən fermerlərimiz baramanın hər kiloqramına görə ümumilikdə 9 manat yox, 11 manat alacaqlar.Kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilibKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən respublikanın baramaçılıqla məşğul olan təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilib.Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədilə aparılıb. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir.Zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir. Zərərvericilərlə sirayətlənmiş ipəkqurdu bəslənilən və saxlanılan kümxanalarda isə məhsulun çəkisi azalır və baramanın keyfiyyəti aşağı düşür.Yaş barama istehsalı 6 min tona çatdırılacaqXatırladaq ki, Azərbaycan Prezidentinin 2017-ci il tarixli Sərəncamı ilə "Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/63/424116336_169:0:2900:2048_1920x0_80_0_0_750e8c900238049a92111caf805a983e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
baramaçılıq, subsidiya, qax, çin, azərbaycan
baramaçılıq, subsidiya, qax, çin, azərbaycan
Baramaçılara dövlət dəstəyi - DETALLAR
Toxumların fermerlərə paylanması artıq başa çatıb. Bu ildən fermerlərimiz baramanın hər kiloqramına görə ümumilikdə 2 manat artıq pul alacaqlar.
BAKI, 17 may — Sputnik. Bu il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11 min 130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.
İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.
Ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Cari ildən istehsal olunmuş yaş barama "Azəripək" MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Toxumların çoxu Çindən gətirilib
Bu il kümçülərə paylanan 11 min 130 qutu ipəkqurdu toxumunun 10 min qutusu Çindən gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.
Qeyd edək ki, bu ildən baramaçılara ödənilən subsidiya artırılıb. Baramaçılıq dövlət dəstəyi ilə əhatə olunan və dövlət tərəfindən subsidiyalaşdırılan sahələrdən biridir. Bu il subsidiya fermerlərə dəstək tədbirlərinin artırılması üçün 5 manatdan 6 manata qaldırılıb. "Azəripək" MMC də öz tərəfindən fermerlərə yaş baramanın hər kiloqramı üçün 4 manat əvəzinə 5 manat ödəməyə razılaşıb. Beləliklə, artıq bu ildən etibarən fermerlərimiz baramanın hər kiloqramına görə ümumilikdə 9 manat yox, 11 manat alacaqlar.
Kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən respublikanın baramaçılıqla məşğul olan təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilib.
Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədilə aparılıb. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir.
Zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir. Zərərvericilərlə sirayətlənmiş ipəkqurdu bəslənilən və saxlanılan kümxanalarda isə məhsulun çəkisi azalır və baramanın keyfiyyəti aşağı düşür.
Yaş barama istehsalı 6 min tona çatdırılacaq
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2017-ci il tarixli Sərəncamı ilə "Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.