https://sputnik.az/20220517/azerbaycan-dn-britaniya-sefirliyine-cavab-verib-441999614.html
Azərbaycan DİN Britaniya səfirliyinə cavab verib
Azərbaycan DİN Britaniya səfirliyinə cavab verib
Sputnik Azərbaycan
Nazirlik bəyan edib ki, aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb. 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T16:59+0400
2022-05-17T16:59+0400
2022-05-17T17:00+0400
din
azərbaycan xəbərləri
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_0:21:1500:865_1920x0_80_0_0_00847bd8be222452fd9e74f830e34ddd.jpg
BAKI, 17 may — Sputnik. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Böyük Britaniya səfirliyinə cavab verib. DİN-in Mətbuat Xidmətindən daxil olan bəyanatda deyilir: "Artıq xəbər verildiyi kimi, 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı"nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirmişdir. Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb.Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk.Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq.Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcəkdir".Qeyd edək ki, mayın 14-də bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_160:0:1341:886_1920x0_80_0_0_0980a5640cb7fa1884db7156ff1f0759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, britaniya, böyük britaniya
din, britaniya, böyük britaniya
Azərbaycan DİN Britaniya səfirliyinə cavab verib
16:59 17.05.2022 (Yenilənib: 17:00 17.05.2022) Nazirlik bəyan edib ki, aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb.
BAKI, 17 may — Sputnik. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Böyük Britaniya səfirliyinə cavab verib. DİN-in Mətbuat Xidmətindən daxil olan bəyanatda deyilir:
"Artıq xəbər verildiyi kimi, 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı"nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirmişdir. Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb.
Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq.
Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcəkdir".
Qeyd edək ki, mayın 14-də bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.