Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"4 seasons of Shusha" layihəsinin ilk iştirakçısı Şuşanın baharını çəkəcək

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə, arxiv şəkli
Şuşa şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Layihə çərçivəsində azərbaycanlı və xarici fotoqrafların 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq
BAKI, 17 may — Sputnik. "4 seasons of Shusha" beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Hüseyn Taşkın Azərbaycana gəlib.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, fotoqraf beynəlxalq layihədə Şuşanın yaz fəsillərinə aid şəkillər çəkəcək. O, 16-23 may tarixlərində ölkəmizdə olacaq.
Qeyd edək ki, layihə Şuşanın dünya miqyasında tanıdılması üçün çağırış məqsədilə həyata keçirilir. Məqsəd Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi Şuşanı dünyaya tanıtmaqdır.
Türkiyədən (Hüseyn Taşkın) olan fotoqrafdan sonra Şuşaya Almaniyadan (Hannes Bekker), İsveçrədən (Reto Quntli), Finlandiyadan (Tiina Itkonen) dəvət olunacaq. Türkiyədən olan fotoqraf Hüseyn Taşkın Şuşanın yaz fəslini lentə alacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xarıbülbül beynəlxalq folklor festivalı - Sputnik Azərbaycan, 1920, 14.05.2022
FOTO
Şuşa bayram əhval-ruhiyyəsində: "Xarıbülbül" festivalının növbəti günü
Xəbər lenti
0