https://sputnik.az/20220517/-gitanas-nauseda-azerbaycana-gelib-442012950.html
Gitanas Nauseda Azərbaycana gəlib
Gitanas Nauseda Azərbaycana gəlib
Sputnik Azərbaycan
Litvanın dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək. 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T21:55+0400
2022-05-17T21:55+0400
2022-05-18T10:06+0400
siyasət
litva
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441820829_0:0:3072:1728_1920x0_80_0_0_91a72eb2414b6d0b09afc11f60b4fee8.jpg
BAKI, 17 may - Sputnik. Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.Litvanın dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək.Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır.Forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olacaq.Gitanas Nauseda həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin perspektivlərini, eləcə də bir sıra digər məsələləri müzakirə edəcək.Xüsusilə, regionda təhlükəsizlik vəziyyəti və ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.Bakıdan sonra Litva Prezidenti Gitanas Nauseda İrəvana səfər edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441820829_341:0:3072:2048_1920x0_80_0_0_c2eade4a72bcc9d0ceb217831feb63b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
litva, prezident ilham əliyev
litva, prezident ilham əliyev
Gitanas Nauseda Azərbaycana gəlib
21:55 17.05.2022 (Yenilənib: 10:06 18.05.2022) Litvanın dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək.
BAKI, 17 may - Sputnik. Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Litvanın dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək.
Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır.
Forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olacaq.
Gitanas Nauseda həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin perspektivlərini, eləcə də bir sıra digər məsələləri müzakirə edəcək.
Xüsusilə, regionda təhlükəsizlik vəziyyəti və ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Bakıdan sonra Litva Prezidenti Gitanas Nauseda İrəvana səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.