DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron Fransanın yeni baş nazirini təyin edib

© AP Photo / Nicholas GarrigaFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
Cari ilin aprelində Fransada keçirilən prezident seçkilərində hazırkı prezident Emmanuel Makron 58,55% səslə qalib gəıib.
BAKI, 16 may - Sputnik. Fransa prezidenti Emmanuel Makron əmək naziri Elizabet Bornu Fransanın yeni baş naziri təyin edərək ona yeni hökuməti formalaşdırmağı həvalə edib. Bu barədə RİA Novosti Yelisey sarayına istinadən xəbər yayıb.
"Respublika prezidenti Elizabet Bornu baş nazir təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb", - deyə Yelisey sarayının internet saytının bəyanatında deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Jan Kasteks Makrona baş nazir vəzifəsindən istefa verdiyini bildirib, prezident də istefanı qəbul edib.
Xatırladaq ki, cari ilin aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Hazırkı prezident Makron və ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen dövlət başçısı postu uğrunda mübarizə aparıb.
Fransa Konstitusiya Şurasının yekun məlumatlarına görə, Makron 58,55%, Le Pen 41,45% səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0