Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Birinci sinfə yerlərin tez dolmasının səbəbi açıqlandı

© Sputnik / Murad OrujovMəktəbdə dərs prosesi
Məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
Gülüstan Cəfərova bildirib ki, qeydiyyatdan keçə bilməyən digər valideynlərə də şərait yaradılacaq.
BAKI, 16 may — Sputnik. Birinci siniflərə elektron qaydada qəbul davam edir. İndiyə kimi bununla bağlı 100 min-dən çox qeydiyyat aparılıb. Bunu mətbuata açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova deyib.
Sosial şəbəkələrdə isə bəzi valideynlərin övladları üçün mektebeqebul.edu.az portalı vasitəsilə məktəb seçə bilmədikləri ilə bağlı iddialar yayılıb. Səbəb kimi yerlərin qısa zamanda dolması göstərilib.
Təhsil Nazirliyi iddialara münasibət bildirib. Qurumun Ümumi və məktəbəqədər təhsil şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova bildirib ki, Azərbaycan bölməsi üzrə əvvəlcə 2021-2022-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların təhsil aldıqları ümumi təhsil müəssisəsində 1-ci sinfə yerləşdirilməsi aparılıb. Buna görə də çox az miqdarda yer qalıb.
Gülüstan Cəfərva qeyd edib ki, qeydiyyatdan keçə bilməyən digər valideynlərə də şərait yaradılacaq.
Gülüstan Cəfərəova əlavə edib ki, tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibəyə qeydiyyat mayın 30-na qədər davam edəcək. Müsahibədən uğurla keçmiş uşaqlar üçün məktəb seçimi prosesi 11 iyun tarixindən aktivləşdiriləcək.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu mayın 4-də başlayıb. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0