Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Belarusun baş naziri Azərbaycana səfər edəcək: səfərin təfərrüatları

© Sputnik / Алексей Даничев / Mediabanka keçidBelarusun baş naziri Roman Qolovçenko, arxiv şəkli
Belarusun baş naziri Roman Qolovçenko, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
Belarusun baş naziri Roman Qolovçenko Telegram kanalında Azərbaycana bir günlük səfər proqramı barədə danışıb.
BAKI, 16 may - Sputnik. Mayın 18-də Belarusun baş naziri Roman Qolovçenko Azərbaycana işgüzar səfər edəcək.
"Səfərin məqsədi konkret və praktikdir. Əgər Azərbaycan tərəfi hansısa sahələrlə maraqlanmırsa, deməli, onların digər dövlətlərdən daha yaxşı təklifləri var və deməli biz yeni istiqamətlər tapmalıyıq. Ticarəti artırmaq üçün imkanlar axtarmalıyıq. Bu gün real vəziyyəti sezmək və inkişaf etdirilə biləcək, təbliğ etməli və ətraflı müzakirə etməli olduğumuz nöqtələri müəyyən etmək lazımdır”, - deyə Qolovçenko Telegram kanalında yayımlanan video şərhində bildirib.
İki günlük səfər çərçivəsində Belarusun baş naziri Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək, Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “İnter Food” beynəlxalq sərgilərinə, həmçinin “İqlim” elmi-tədqiqat və istehsal müəssisəsinə baş çəkəcək.
Bundan əlavə, Belarus və Azərbaycanın işgüzar dairələrinin görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, mayın 18-20-də Bakıda 15-ci "Caspian Agro" Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci “InterFood Azerbaijan” Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0