https://sputnik.az/20220515/zaxarova-ukraynanin-avroviziyada-qelebesini-serh-edib-441943792.html
Zaxarova Ukraynanın “Avroviziya”da qələbəsini şərh edib
Zaxarova Ukraynanın “Avroviziya”da qələbəsini şərh edib
Sputnik Azərbaycan
İtaliyanın Turin şəhərində keçirilən növbəti Avroviziya Mahnı Müsabiqəsinin qalibi tamaşaçıların və münsiflər heyətinin səsverməsinin ümumi nəticələrinə görə... 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T15:22+0400
2022-05-15T15:22+0400
2022-05-15T15:22+0400
rusiya
mariya zaxarova
"avroviziya" mahnı müsabiqəsi
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426264950_0:0:2997:1685_1920x0_80_0_0_774346dd5d0d30829e338e7b994a8793.jpg
BAKI, 15 may - Sputnik. Ukraynanın Avroviziya-da qələbəsi "bu ölkənin başına gələnlərin mənzərəsini" tamamlayır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Telegram-da yazıb.“Razılaşın, Ukraynanın Avroviziya-da qələbəsi olmasaydı, bu ölkənin başına gələnlərin mənzərəsi yarımçıq olardı. Milli geyimlər və musiqi alətləri, simli alətli iki küpəgirən qarı, breyk rəqsi və "Azovstal" haqqında hayqırtılar", - deyə o xatırladıb.Nazirlik nümayəndəsinin sözlərinə görə, baş verənləri “Avropa ayaq üstə alqışlayır”.Xatırladaq ki, ötən bazar günü gecə İtaliyanın Turin şəhərində Avroviziya Mahnı Müsabiqəsi keçirilib. Tamaşaçıların səsverməsinin və münsiflər heyətinin ümumi nəticələrinə görə, Kaluş Orkestri 631 xal toplayaraq qalib olub.Ukraynalı musiqiçilər nəticələrin yekununun birinci mərhələsindən sonra dördüncü yerdən irəliləyərək tamaşaçıların səsləri ilə birinci yeri tutublar. Musiqi münsifləri isə öz növbəsində üstünlüyü britaniyalı ifaçı Sem Rayderə veriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220515/beynelxalq-mahni-musabiqesi-basa-catdi-441938925.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426264950_6:0:2737:2048_1920x0_80_0_0_0ec51dfea45f7d93d380d4f844c5a802.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, "avroviziya" mahnı müsabiqəsi, ukrayna
mariya zaxarova, "avroviziya" mahnı müsabiqəsi, ukrayna
Zaxarova Ukraynanın “Avroviziya”da qələbəsini şərh edib
İtaliyanın Turin şəhərində keçirilən növbəti Avroviziya Mahnı Müsabiqəsinin qalibi tamaşaçıların və münsiflər heyətinin səsverməsinin ümumi nəticələrinə görə Ukrayna olub.
BAKI, 15 may - Sputnik. Ukraynanın Avroviziya-da qələbəsi "bu ölkənin başına gələnlərin mənzərəsini" tamamlayır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Telegram-da yazıb.
“Razılaşın, Ukraynanın Avroviziya-da qələbəsi olmasaydı, bu ölkənin başına gələnlərin mənzərəsi yarımçıq olardı. Milli geyimlər və musiqi alətləri, simli alətli iki küpəgirən qarı, breyk rəqsi və "Azovstal" haqqında hayqırtılar", - deyə o xatırladıb.
Nazirlik nümayəndəsinin sözlərinə görə, baş verənləri “Avropa ayaq üstə alqışlayır”.
Xatırladaq ki, ötən bazar günü gecə İtaliyanın Turin şəhərində Avroviziya Mahnı Müsabiqəsi keçirilib. Tamaşaçıların səsverməsinin və münsiflər heyətinin ümumi nəticələrinə görə, Kaluş Orkestri 631 xal toplayaraq qalib olub.
Ukraynalı musiqiçilər nəticələrin yekununun birinci mərhələsindən sonra dördüncü yerdən irəliləyərək tamaşaçıların səsləri ilə birinci yeri tutublar. Musiqi münsifləri isə öz növbəsində üstünlüyü britaniyalı ifaçı Sem Rayderə veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.