Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ürəyi sağlam saxlamaq üçün nə yemək lazımdır?

© Depositphotos.com / Yacobchuk1Ürək sancması, arxiv şəkli
Ürək sancması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Abunə olmaq
Sakitləşdirici təsirə malik olan bu meşə kiləmeyvəsi ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır.
BAKI, 15 may — Sputnik. Həkimlər ürəyin daha sağlam olması üçün bir sıra meyvə-tərəvəzlərə, qidalara üstünlük verməyi tövsiyə edirlər. Yemişan da müxtəlif ürək xəstəliklərinin qarşısının alınmasında faydalı təsirlərə malikdir.
Sakitləşdirici təsirə malik olan yemişan ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır. Eyni zamanda arterial təzyiqini aşağı salır.
Yemişan qədər faydalı olan digər vasitə isə nanədir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Nanə həmçinin sakitləşdirici təsirə malikdir.
Ürək üçün faydalı vasitələrdən biri də pişikotu köküdür. Pişikotu kökü tac damarlarını genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, Boymadərən, Çaytikanı ürək üçün ən faydalı vasitələrdən hesab edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Празднование Дня благодарения - Sputnik Azərbaycan, 1920, 24.07.2020
Sağlam olmaq istəyirsiz? Gündə 5 dəfə qida qəbul edin
Xəbər lenti
0