Şuşa — Azərbaycanın Qarabağ bölgəsində yerləşən şəhərdir. Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa rayonunun inzibati mərkəzidir.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. İlk dövrlərdə şəhər Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırılıb.Şuşada 17 məhəllə olub: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq olub.Şuşa haqqında ən gözəl fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dilə gətirib:“Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlığı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır”.2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan xalqı üçün çox əlamətdar bir hadisə olub. 2023-cü il üçün isə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilib.Azərbaycan xalqının maddi-mənəvi dəyərlərini özündə əks etdirən bu gözəl şəhər bütün dövrlərdə ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanın mirvarisi olan Şuşa 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib.
Şuşa — Azərbaycanın Qarabağ bölgəsində yerləşən şəhərdir. Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa rayonunun inzibati mərkəzidir.
Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. İlk dövrlərdə şəhər Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırılıb.
Şuşada 17 məhəllə olub: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq olub.
Şuşa haqqında ən gözəl fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dilə gətirib:
“Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlığı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır”.
2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan xalqı üçün çox əlamətdar bir hadisə olub. 2023-cü il üçün isə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilib.
Azərbaycan xalqının maddi-mənəvi dəyərlərini özündə əks etdirən bu gözəl şəhər bütün dövrlərdə ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.