Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şuşada Xarıbülbül festivalı necə keçdi

Abunə olmaq
Azərbaycanın mədəniyyət paytaxtında keçirilən musiqi festivalını seyrçilərin xatirində inanılmaz tamaşalar və rəqslərlə qaldı.
Şuşada “Xarıbülbül” beşinci beynəlxalq musiqi festivalı başa çatıb. Üç gün ərzində festivalın səhnəsində təkcə Azərbaycanın deyil, həmçinin dəvət olunmuş ölkələrin ən yaxşı musiqi kollektivləri çıxış ediblər.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Sənətçilərin çıxışları iki yerdə - "Cıdır düzü" və dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsi yaxınlığında quraşdırılmış Kiçik səhnədə baş tutub.
Azərbaycan, Mali, Türkiyə, Özbəkistan, Gürcüstan, Tunis, Misir, Pakistandan olan musiqiçi, rəqqasə və müğənnilərin çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Festivalın əsnəbi iştirakçıları öz ölkələrinin folklorunu, xalq musiqisinin digər müasir musiqi janrları ilə sintezini təqdim ediblər. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Bu musiqi festivalının tamaşaçıları arasında Azərbaycanın tanınmış şəxsləri ilə yanaşı, xarici qonaqlar da olub. Festival Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı ilə başa çatıb.
Konsert başa çatdıqdan sonra Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət naziri Anar Kərimov və festivalın bütün iştirakçıları, eləcə də tamaşaçılar “Cıdır düzü”ndə Azərbaycanın məşhur Yallı rəqsini ifa ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0