https://sputnik.az/20220515/sertifikasiya-yoxsa-mq-imtahani-441911603.html
Sertifikasiya, yoxsa MİQ imtahanı?
Sertifikasiya, yoxsa MİQ imtahanı?
Sputnik Azərbaycan
Müəllimlər MİQ imtahanları keçirildiyi halda sertifikasiyanı lazımsız hesab etsələr də, ekspertlər əks fikirdədir. 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T09:29+0400
2022-05-15T09:29+0400
2022-05-15T09:29+0400
imtahan
təhsil
sertifikasiya
müəllimlərin işə qəbulu
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424728642_0:0:2001:1125_1920x0_80_0_0_e8ba9f12ec4968d3fa5d0068a37d4288.jpg
BAKI, 15 may — Sputnik. İyun ayından başlayaraq dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. Bu xəbər təhsil ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. İşə qəbul zamanı MİQ imtahanı keçirilirsə, bir qisim müəllimlər təkrar sertifikasiyanın aparılmasını lazımsız hesab edirlər. Hətta "sertifikasiya keçirilirsə, MİQ imtahanlarına nə ehtiyac var" kimi suallar da səslənir. Sputnik Azərbaycan müəllimlərin sertifikatlaşdırılmasının təhsilin keyfiyyətinə təsirini, sertifikasiyanın MİQ imtahanlarını əvəz edib-etməyəcəyini araşdırıb.11 min ibtidai sinif müəllimi sertifikasiyadan keçəcəkTəhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, 2014-cü ildən müəllimlərin və təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılmasına başlanılıb. O, qeyd edib ki, 140 minə yaxın təhsilverən bu prosesə qoşulub. 2018-ci ildən isə yeni qiymətləndirməyə ehtiyac yaranıb. Bu səbəbdən təhsilverənlərin sertifikatlaşdırılması "Təhsil Haqqında" qanuna əlavə edilib. 2020-ci ilin əvvəlində qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunub. Bu prosesə 2020-ci ildə başlanılması nəzərdə tutulursa, karantin qaydaları bu prosesə mane olub. Son aylarda yumşalmalar artıq bu prosesə başlamağa imkan yaradıb. Bu səbəbdən Sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılması, avqustdan test imtahanının keçirilməsi nəzərdə tutulub. E. Bağırov deyib ki, ilkin mərhələdə bu prosesdə 11 min ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.Sertifikasiyadan keçməyən müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək!E. Bağırovun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırmasının növbəti mərhələ üçün keçid balı 30 bal nəzərdə tutulub ki, bu da 50 faiz deməkdir. Şöbə müdiri vurğulayıb ki, sertifikikatlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək deyil, təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir. O, qeyd edib ki, təhsilverənlərin sertifikatlaşdırılmasından keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər.Şöbə müdiri əlavə edib ki, növbəti illərdə sertifikatlaşdırılmada iştirak edən müəllimlərin balı yerdəyişmə müsabiqəsində də nəzərə alınacaq: "Həmçinin, proses tam yekunlaşandan sonra təhsili idarəetmə orqanlarına dərs bölgüsü zamanı bunun nəzərə alınması istiqamətində müvafiq tapşırıqlar veriləcək".Sertifikatlaşdırma müəllimlərin əmək haqqına təsir edəcək?Eşqi Bağırov deyib ki, müəllimlərin işə qəbulu hər bir halda müsabiqə yolu ilədir. Amma əmək stajı 10 ildən çox olan, 3 ildən az müddətdə işdən ayrılmış şəxslərin işə qəbul prosesi bir az fərqli formada həyata keçirilir: "Əvvəlki qiymətləndirmələrdə iştirak edib bal toplayıblarsa – bu istər diaqnostik qiymətləndirmə, istər sertifikatlaşdırma prosesi olsun - onların işə qəbul mərhələsinin vakansiya seçimində iştirak edə bilərlər".Eşqi Bağırov eyni zamanda, qeyd edib ki, əmək haqqı islahatları nəzərdə tutulduğu təqdirdə, sertifikatlaşdırma nəticələri əsas götürülə bilər.Onun sözlərinə görə, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir."Məktəb direktorları sertifikatlaşdırmada maraqlı olmalıdır"Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsilverənlərin sertifikasiyası günün tələbidir. Onun sözlərinə görə, bunun üçün normativ sənədlər hazırlanmaldır. Çünki, bu Azərbaycanda ilk təcrübədir. Amma dünyada bu cür təcrübələrdən istifadə edilir. Hətta bəzi ölkələrdə məktəblər sertifikasiyanı özləri keçirirlər. Ekspert deyir ki, məktəb rəhbərliyinin marağı olmalıdır ki, orada çalışanlar, pedoqoji heyyət sertifikasiyadan keçirilsin. Onlar peşəkar tələblərə cavab verməli, öz üzərlərində daim işləməlidirlər. Ona görə də nə qədər təhsilverənlər peşəkar olarsa həmin məktəblərə təlabat da bir o qədər çox olur.MİQ imtahanı ilə işə yeni qəbul olanlar 5 il sertifikasiyadan keçməyəcəkİ. Orucovun sözlərinə görə, təhsilverənlərin sertifikasiyasının həyata keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Həmsöhbətimiz deyir ki, bəzi insanların sertifikasiyanı MİQ imtahanı ilə eyniləşdirməsi düzgün deyil: "Çünki, qaydalarda da nəzərdə tutulub ki, MİQ imtahanından keçərək işə ilk dəfə qəbul olunanlara 5 il müddətində sertifikasiya şamil olunmur. MİQ imtahanlarında sertifikasiyadan daha ciddi tələblər olduğundan onların təkrar sertifikasiyasına ehtiyac qalmır".Sertifikasiyada yüksək bal toplayan müəllimin maaşı da yüksək olmalıdır!İ. Orucov deyir ki, zaman-zaman sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir. Çünki dövr dəyişib. Təhsilverənlər də dövrün tələblərinə cavab verməlidir. Onun sözlərinə görə,Təhsil Nazirliyinin bütün resursları imkan verir ki, sertifikasiya prosesinə başlanılsın: " Hər hansı məktəbdəki yüksək nəticə göstərən müəllim, sertifikasiyadan keçməyən və aşağı nəticə göstərən müəllimlə eyni əmək haqqı almamalıdır. Sertifikasiya həm də bu məqsədə xidmət etməlidir. Biz təhsil məsələsində ən yaxşı kadrları cəlb etməyi bacarmalıyıq. Nazirliyin sertifikasiya ilə bağlı atacağı addım təhsilin keyfiyyətinin yüksəlməsinə yönələn bir addımdır".Gənc müəllimlər sertifikasiyanı ümidlə gözləyirMüəllimlərin bir qismi sertifikatlaşdırmadan narazı olsa da, digər qismi bunu ümidlə gözləyənlər də var. İbtidai sinif müəllimi İradə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sertifikasiyanın keçirilməsi məktəbdə illərdir çalışan savadsız müəllimlərin işdən çıxmasına səbəb olacaq. Bu isə savadlı müəllimlərə işə qəbul üçün yol açacaq.Kimlər sertifikasiyadan keçməyəcək?Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. Həmçinin yaşı 65-ə qədər olan bütün müəllimlər sertifikatlaşdırmadan keçə bilər. Əmək fəaliyyətinin son yaş həddinə çatdıqdan sonra fəaliyyəti davam edəcək müəllimlər də bu prosesə qoşula bilər.Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək. İlk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər. Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.Sertifikasiyadan keçməyin şərtləri...Məlumat üçün onu da bildirək ki, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikatlaşdırılması imtahanı 60 sualdan ibarət olacağını söyləyib. O, bildirib ki, sualların 40-ı fənn bacarıqlarının ölçülməsi, 20-si isə metodiki bacarıqlarla bağlı olacaq: "Hər sual 1 balla qiymətləndiriləcək. Həm test, həm də müsahibə mərhələsindən 50 faiz keçən müəllim sertifikasiyadan keçmiş hesab ediləcək. Səhv cavaba və cavablandırılmayan suala görə 0 bal veriləcək. Səhv cavablar düzgün cavablara təsir etməyəcək".Rüfət Əzizov deyib ki, ibtidai təhsil gələcək nailiyyətlərə təsir edəcək bilik və bacarıqları formalaşdırır:"Eyni zamanda müəyyən tədqiqatlar onu deməyə əsas verir ki, dinləyib-anlama, oxuyub-anlama, riyazi mülahizələr yürütmənin daha yaxşı formalaşmasına ehtiyac var. Bu isə ibtidai siniflərdən başlayır. Bu baxımdan sertifikatlaşdırmaya ilk olaraq ibtidai sinif müəllimlərindən başlanılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424728642_0:0:1775:1331_1920x0_80_0_0_cb102da7497056b5ff853a98c7f58950.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
imtahan, sertifikasiya, müəllimlərin işə qəbulu
imtahan, sertifikasiya, müəllimlərin işə qəbulu
Sertifikasiya, yoxsa MİQ imtahanı?
Müəllimlər MİQ imtahanları keçirildiyi halda sertifikasiyanı lazımsız hesab etsələr də, ekspertlər əks fikirdədir.
BAKI, 15 may — Sputnik. İyun ayından başlayaraq dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. Bu xəbər təhsil ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. İşə qəbul zamanı MİQ imtahanı keçirilirsə, bir qisim müəllimlər təkrar sertifikasiyanın aparılmasını lazımsız hesab edirlər. Hətta "sertifikasiya keçirilirsə, MİQ imtahanlarına nə ehtiyac var" kimi suallar da səslənir. Sputnik Azərbaycan müəllimlərin sertifikatlaşdırılmasının təhsilin keyfiyyətinə təsirini, sertifikasiyanın MİQ imtahanlarını əvəz edib-etməyəcəyini araşdırıb.
11 min ibtidai sinif müəllimi sertifikasiyadan keçəcək
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, 2014-cü ildən müəllimlərin və təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılmasına başlanılıb. O, qeyd edib ki, 140 minə yaxın təhsilverən bu prosesə qoşulub. 2018-ci ildən isə yeni qiymətləndirməyə ehtiyac yaranıb. Bu səbəbdən təhsilverənlərin sertifikatlaşdırılması "Təhsil Haqqında" qanuna əlavə edilib. 2020-ci ilin əvvəlində qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunub. Bu prosesə 2020-ci ildə başlanılması nəzərdə tutulursa, karantin qaydaları bu prosesə mane olub. Son aylarda yumşalmalar artıq bu prosesə başlamağa imkan yaradıb. Bu səbəbdən Sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılması, avqustdan test imtahanının keçirilməsi nəzərdə tutulub. E. Bağırov deyib ki, ilkin mərhələdə bu prosesdə 11 min ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.
Sertifikasiyadan keçməyən müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək!
E. Bağırovun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırmasının növbəti mərhələ üçün keçid balı 30 bal nəzərdə tutulub ki, bu da 50 faiz deməkdir. Şöbə müdiri vurğulayıb ki, sertifikikatlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək deyil, təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir. O, qeyd edib ki, təhsilverənlərin sertifikatlaşdırılmasından keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər.
Şöbə müdiri əlavə edib ki, növbəti illərdə sertifikatlaşdırılmada iştirak edən müəllimlərin balı yerdəyişmə müsabiqəsində də nəzərə alınacaq: "Həmçinin, proses tam yekunlaşandan sonra təhsili idarəetmə orqanlarına dərs bölgüsü zamanı bunun nəzərə alınması istiqamətində müvafiq tapşırıqlar veriləcək".
Sertifikatlaşdırma müəllimlərin əmək haqqına təsir edəcək?
Eşqi Bağırov deyib ki, müəllimlərin işə qəbulu hər bir halda müsabiqə yolu ilədir. Amma əmək stajı 10 ildən çox olan, 3 ildən az müddətdə işdən ayrılmış şəxslərin işə qəbul prosesi bir az fərqli formada həyata keçirilir: "Əvvəlki qiymətləndirmələrdə iştirak edib bal toplayıblarsa – bu istər diaqnostik qiymətləndirmə, istər sertifikatlaşdırma prosesi olsun - onların işə qəbul mərhələsinin vakansiya seçimində iştirak edə bilərlər".
Eşqi Bağırov eyni zamanda, qeyd edib ki, əmək haqqı islahatları nəzərdə tutulduğu təqdirdə, sertifikatlaşdırma nəticələri əsas götürülə bilər.
Onun sözlərinə görə, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
"Məktəb direktorları sertifikatlaşdırmada maraqlı olmalıdır"
Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsilverənlərin sertifikasiyası günün tələbidir. Onun sözlərinə görə, bunun üçün normativ sənədlər hazırlanmaldır. Çünki, bu Azərbaycanda ilk təcrübədir. Amma dünyada bu cür təcrübələrdən istifadə edilir. Hətta bəzi ölkələrdə məktəblər sertifikasiyanı özləri keçirirlər. Ekspert deyir ki, məktəb rəhbərliyinin marağı olmalıdır ki, orada çalışanlar, pedoqoji heyyət sertifikasiyadan keçirilsin. Onlar peşəkar tələblərə cavab verməli, öz üzərlərində daim işləməlidirlər. Ona görə də nə qədər təhsilverənlər peşəkar olarsa həmin məktəblərə təlabat da bir o qədər çox olur.
MİQ imtahanı ilə işə yeni qəbul olanlar 5 il sertifikasiyadan keçməyəcək
İ. Orucovun sözlərinə görə, təhsilverənlərin sertifikasiyasının həyata keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Həmsöhbətimiz deyir ki, bəzi insanların sertifikasiyanı MİQ imtahanı ilə eyniləşdirməsi düzgün deyil: "Çünki, qaydalarda da nəzərdə tutulub ki, MİQ imtahanından keçərək işə ilk dəfə qəbul olunanlara 5 il müddətində sertifikasiya şamil olunmur. MİQ imtahanlarında sertifikasiyadan daha ciddi tələblər olduğundan onların təkrar sertifikasiyasına ehtiyac qalmır".
Sertifikasiyada yüksək bal toplayan müəllimin maaşı da yüksək olmalıdır!
İ. Orucov deyir ki, zaman-zaman sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir. Çünki dövr dəyişib. Təhsilverənlər də dövrün tələblərinə cavab verməlidir. Onun sözlərinə görə,Təhsil Nazirliyinin bütün resursları imkan verir ki, sertifikasiya prosesinə başlanılsın: " Hər hansı məktəbdəki yüksək nəticə göstərən müəllim, sertifikasiyadan keçməyən və aşağı nəticə göstərən müəllimlə eyni əmək haqqı almamalıdır. Sertifikasiya həm də bu məqsədə xidmət etməlidir. Biz təhsil məsələsində ən yaxşı kadrları cəlb etməyi bacarmalıyıq. Nazirliyin sertifikasiya ilə bağlı atacağı addım təhsilin keyfiyyətinin yüksəlməsinə yönələn bir addımdır".
Gənc müəllimlər sertifikasiyanı ümidlə gözləyir
Müəllimlərin bir qismi sertifikatlaşdırmadan narazı olsa da, digər qismi bunu ümidlə gözləyənlər də var. İbtidai sinif müəllimi İradə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sertifikasiyanın keçirilməsi məktəbdə illərdir çalışan savadsız müəllimlərin işdən çıxmasına səbəb olacaq. Bu isə savadlı müəllimlərə işə qəbul üçün yol açacaq.
Kimlər sertifikasiyadan keçməyəcək?
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. Həmçinin yaşı 65-ə qədər olan bütün müəllimlər sertifikatlaşdırmadan keçə bilər. Əmək fəaliyyətinin son yaş həddinə çatdıqdan sonra fəaliyyəti davam edəcək müəllimlər də bu prosesə qoşula bilər.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək. İlk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər. Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.
Sertifikasiyadan keçməyin şərtləri...
Məlumat üçün onu da bildirək ki, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikatlaşdırılması imtahanı 60 sualdan ibarət olacağını söyləyib. O, bildirib ki, sualların 40-ı fənn bacarıqlarının ölçülməsi, 20-si isə metodiki bacarıqlarla bağlı olacaq: "Hər sual 1 balla qiymətləndiriləcək. Həm test, həm də müsahibə mərhələsindən 50 faiz keçən müəllim sertifikasiyadan keçmiş hesab ediləcək. Səhv cavaba və cavablandırılmayan suala görə 0 bal veriləcək. Səhv cavablar düzgün cavablara təsir etməyəcək".
Rüfət Əzizov deyib ki, ibtidai təhsil gələcək nailiyyətlərə təsir edəcək bilik və bacarıqları formalaşdırır:
"Eyni zamanda müəyyən tədqiqatlar onu deməyə əsas verir ki, dinləyib-anlama, oxuyub-anlama, riyazi mülahizələr yürütmənin daha yaxşı formalaşmasına ehtiyac var. Bu isə ibtidai siniflərdən başlayır. Bu baxımdan sertifikatlaşdırmaya ilk olaraq ibtidai sinif müəllimlərindən başlanılacaq".