https://sputnik.az/20220515/qazaxistan-prezidenti-ktmt-sammitinde-istirak-etmek-ucun-moskvaya-gelib-441953735.html
Qazaxıstan prezidenti KTMT sammitində iştirak etmək üçün Moskvaya gəlib
Qazaxıstan prezidenti KTMT sammitində iştirak etmək üçün Moskvaya gəlib
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, KTMT sammiti işgüzar səhər yeməyi formatında təşkil olunacaq. 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T22:59+0400
2022-05-15T22:59+0400
2022-05-15T22:59+0400
dünya xəbərləri
qazaxıstan
ktmt
prezident
moskva
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882176_0:0:2995:1685_1920x0_80_0_0_dedadc839aab46db45c624c33d78ed49.jpg
BAKI, 15 may - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin mayın 16-da keçiriləcək sammitində iştirak etmək üçün bazar günü Moskvaya gəlib. Bu barədə RİA Novosti Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.Cümə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, KTMT sammiti mayın 16-da Moskvada keçiriləcək.Onun sözlərinə görə, tədbir iştirakçıları işgüzar səhər yeməyi formatında görüşüb söhbət edəcəklər.“Prezident Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinin və KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə KTMT-nin 30-cu ildönümü və təşkilatların yaradılmasının 20 illiyinə həsr olunan yubiley sammitində iştirak etmək üçün Moskvaya gəlib”, - deyə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin Telegram kanalında yerləşdirilmiş xəbərdə deyilir.Qeyd edək ki, KTMT-yə hazırda altı dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882176_264:0:2995:2048_1920x0_80_0_0_87d1eb44514cdda0f0488a9740fa1a16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, ktmt, prezident, moskva
qazaxıstan, ktmt, prezident, moskva
Qazaxıstan prezidenti KTMT sammitində iştirak etmək üçün Moskvaya gəlib
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, KTMT sammiti işgüzar səhər yeməyi formatında təşkil olunacaq.
BAKI, 15 may - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin mayın 16-da keçiriləcək sammitində iştirak etmək üçün bazar günü Moskvaya gəlib. Bu barədə RİA Novosti Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Cümə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, KTMT sammiti mayın 16-da Moskvada keçiriləcək.
Onun sözlərinə görə, tədbir iştirakçıları işgüzar səhər yeməyi formatında görüşüb söhbət edəcəklər.
“Prezident Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinin və KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə KTMT-nin 30-cu ildönümü və təşkilatların yaradılmasının 20 illiyinə həsr olunan yubiley sammitində iştirak etmək üçün Moskvaya gəlib”, - deyə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin Telegram kanalında yerləşdirilmiş xəbərdə deyilir.
Qeyd edək ki, KTMT-yə hazırda altı dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.