Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

“Bakı Marafonu-2022”-nin qalibi müəyyən oldu

© Sputnik / Pavel Antonov“Bakı Marafonu-2022”
“Bakı Marafonu-2022” - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Abunə olmaq
Bakıda keçirilən ən kütləvi idman tədbirində iştirak etmək üçün 11 mindən çox insan qeydiyyatdan keçib.
BAKI, 15 may - Sputnik. Paytaxtda keçirilən “Bakı Marafonu-2022” yarışının qalibi Rusiya vətəndaşı Rinas Əhmədiyev olub.
Qeyd edək ki, mayın 15-də Azərbaycan paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı Marafonu-2022” keçirilib. “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.
Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olub və 21 kilometrlik məsafəni əhatə edib.
Belə ki, yarışa Dövlət Bayrağı Meydanından başlayan iştirakçılar Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) yürüşü Dövlət Bayrağı Meydanında başa çatdırıblar.
Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Küləyə qalib gəl: Bakı marafonu - 2022 - Sputnik Azərbaycan, 1920, 14.05.2022
İNFOQRAFİKA
Küləyə qalib gəl: Bakı marafonu - 2022
Xəbər lenti
0