Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Küləyə qalib gəl: Bakı marafonu - 2022

Abunə olmaq
Növbəti Bakı marafonunda iştirak etmək üçün 11 mindən çox insan qeydiyyatdan keçib.
Azərbaycan paytaxtında beşinci dəfə "Küləyə qalib gəl" marafonu keçiriləcək. Ötən illərdən fərqli olaraq, bu dəfə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan marafon eyni yerdə - Dövlət Bayrağı meydanında start götürəcək və başa çatacaq.
İndiyədək iştirakçılar Dövlət Bayrağı meydanında start götürərək Bakı Olimpiya Stadionunda marafonu başa çatdırırdılar.
Məsafəsi 21 km olan hazırkı marafonun marşrutu belədir:
Dövlət Bayrağı Meydanı-Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.
Bakı marafonunda iştirak etmək üçün 11269 nəfər qeydiyyatdan keçib. Onlar mayın 15-də səhər saat onda yarışa başlayacaqlar.
Xəbər lenti
0