https://sputnik.az/20220515/marsda-suyun-yaxin-kecmisede-movcudluguna-dair-subutlar-tapilib-441949706.html
Marsda suyun yaxın keçmişədə mövcudluğuna dair sübutlar tapılıb
Marsda suyun yaxın keçmişədə mövcudluğuna dair sübutlar tapılıb
Sputnik Azərbaycan
Alimlər "Qırmızı planet"dəki qayalıqlarda aşkar etdikləri buzlardan fgələcəkdə astronavtların istifadə etməsi imkanlarını araşdırılar. 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T18:56+0400
2022-05-15T18:56+0400
2022-05-15T19:01+0400
dünya xəbərləri
su
mars
buz
çin
tədqiqat
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238975_0:0:3640:2048_1920x0_80_0_0_31aef9939fbcd66b20c4cab30bb1c9fd.jpg
BAKI, 15 may — Sputnik. Çin Elmlər Akademiyasının bir qrup alimi Kopenhagen Universitetindən olan həmkarları ilə birlikdə Marsda yaxın keçmişdə suyun olmasına dair sübutlar tapıblar. Bu barədə Rusiya KİV-ləri “Science Advances” jurnalında dərc edilmiş araşdırma nəticələrinə istinadən xəbər yayıb.Marsda suyun olması ilə bağlı fərziyyə Çinin “Zhurong” kosmik gəmisinin hidratlaşdırılmış minerallarında buz analizinə əsaslanıb. Bundan əvvəlki tədqiqatlar isə Marsın səthinin bir hissəsinin təxminən üç milyard il əvvəl su ilə örtüldüyünü deməyə imkan verir.Mütəxəssislər Marsdakı qayalarda tapılan nümunələri Yerdəki qayalarla müqayisə ediblər. Nəticədə belə bir fərziyyə irəli sürülüb ki, onların bəziləri hidratlaşdırılmış minerallardır (su tərkibli).Alimlərin qənaətinə görə, səthindəki bu cür minerallar sayəsində su Marsda əvvəllər düşünüldüyündən daha uzun müddət qalıb.Bundan əlavə, onlar belə qayaların mövcudluğunun astronavtların müxtəlif məqsədlər üçün istifadə edə biləcəyi yer buzunun olması fərziyyəsini də irəli sürüblər.Cari ilin aprelində PSI Paleontologiya İnstitutunun amerikalı tədqiqatçıları planetin buz təbəqəsinin hərəkətsiz olması ilə bağlı daha əvvəl irəli sürülən ehtimallara baxmayaraq, Marsın cənub qütbünün fotoşəkillərində buzlaqların hərəkətsizliyini aşkar ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238975_542:0:3273:2048_1920x0_80_0_0_73c5906e439d3b054c979f494ea3bcc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, mars, buz, çin, tədqiqat
su, mars, buz, çin, tədqiqat
Marsda suyun yaxın keçmişədə mövcudluğuna dair sübutlar tapılıb
18:56 15.05.2022 (Yenilənib: 19:01 15.05.2022) Alimlər "Qırmızı planet"dəki qayalıqlarda aşkar etdikləri buzlardan fgələcəkdə astronavtların istifadə etməsi imkanlarını araşdırılar.
BAKI, 15 may — Sputnik. Çin Elmlər Akademiyasının bir qrup alimi Kopenhagen Universitetindən olan həmkarları ilə birlikdə Marsda yaxın keçmişdə suyun olmasına dair sübutlar tapıblar. Bu barədə Rusiya KİV-ləri “Science Advances” jurnalında dərc edilmiş araşdırma nəticələrinə istinadən xəbər yayıb.
Marsda suyun olması ilə bağlı fərziyyə Çinin “Zhurong” kosmik gəmisinin hidratlaşdırılmış minerallarında buz analizinə əsaslanıb. Bundan əvvəlki tədqiqatlar isə Marsın səthinin bir hissəsinin təxminən üç milyard il əvvəl su ilə örtüldüyünü deməyə imkan verir.
Mütəxəssislər Marsdakı qayalarda tapılan nümunələri Yerdəki qayalarla müqayisə ediblər. Nəticədə belə bir fərziyyə irəli sürülüb ki, onların bəziləri hidratlaşdırılmış minerallardır (su tərkibli).
Alimlərin qənaətinə görə, səthindəki bu cür minerallar sayəsində su Marsda əvvəllər düşünüldüyündən daha uzun müddət qalıb.
Bundan əlavə, onlar belə qayaların mövcudluğunun astronavtların müxtəlif məqsədlər üçün istifadə edə biləcəyi yer buzunun olması fərziyyəsini də irəli sürüblər.
Cari ilin aprelində PSI Paleontologiya İnstitutunun amerikalı tədqiqatçıları planetin buz təbəqəsinin hərəkətsiz olması ilə bağlı daha əvvəl irəli sürülən ehtimallara baxmayaraq, Marsın cənub qütbünün fotoşəkillərində buzlaqların hərəkətsizliyini aşkar ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.